MotoGP Portuqaliya: Sprint yarışının qalibi Marko Bezzekki olub

Rauf Hacıyev 2 saat əvvəl
MotoGP Portuqaliya: Sprint yarışının qalibi Marko Bezzekki olub
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Mümkün əlverişsiz hava şəraiti səbəbindən Portuqaliyadakı sprint yarışı yarım saat daha erkən başlayıb. Portimaoda startdan əvvəl yağış yağmasa da, səmanı yağıntının yaxınlaşdığını göstərən buludlar bürüyüb. Havanın temperaturu 20°C, trasın temperaturu isə 22°C olub.

Bütün sürücülər ön tərəfdə Medium, arxada isə yumşaq tərkibli təkərlərdən istifadə etməyi seçiblər.

12 dövrədən ibarət sprint yarışında beş qırmızı işıq söndükdən sonra Marko Bezzekki mövqeyini qoruyaraq ilk döngəyə lider daxil olub. Mark Markes isə Raul Fernandesə keçilərək üçüncü pilləyə geriləyib.

İkinci dövrədə yağış ehtimalının artması səbəbindən ağ bayraqlar dalğalandırılıb. Bununla sürücülərə motosikletlərini dəyişmək icazəsi verilib.

Fermin Aldeqer və Dieqo Moreyranın sürəti azaldaraq pitə daxil olduqları və yarışı dayandırdıqları görüntülənib.

Öndəki Marko Bezzekki ikinci yerdəki Raul Fernandeslə fərqi bir saniyədən çoxa çatdırıb.

Yohann Zarko 10-11-ci döngələrin olduğu hissədə qəza edərək sprint yarışını başa vura bilməyib.

Üçüncü yerdə gedən və sprintin sonunda dünya çempionluğunu elan etməyə çox yaxın olan Mark Markes finişə cəmi iki dövrə qalmış qəzaya uğrayıb. Bu hadisədən sonra onun çempionluq ümidləri bazar gününə qalıb.

Damalı bayraq dalğalananda Marko Bezzekki sprint yarışının qalibi olub. Raul Fernandes ikinci, Aleks Markes isə üçüncü yeri tutub.

Pedro Akosta finiş xəttini dördüncü keçib, ilk beşliyi isə Xorxe Martin tamamlayıb.

Bunları da oxuyun

Şərh əlavə et