Pirelli Qətər Qran Prisi üçün təkər limitini açıqlayıb

Rauf Hacıyev 10 saat əvvəl
Pirelli Qətər Qran Prisi üçün təkər limitini açıqlayıb
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Pirelli təkərlərin yüksək aşınmaya məruz qaldığı Luseyl trasında hər stint üçün maksimum 27 dövrə limiti tətbiq ediləcəyini açıqlayıb.

Luseyl Beynəlxalq Trasında pilotlar bir stint ərzində ən çox 27 dövrə vura biləcəklər. Bu isə komandaların 57 dövrədən ibarət yarışda böyük ehtimalla iki pit-stoplu strategiyaya üstünlük verəcəkləri deməkdir.

Ötən il də oxşar qayda tətbiq edilmişdi. 2024-cü il yarışının təhlilindən sonra hər stint üçün 25 dövrə limiti müəyyənləşdirilmişdi. Həmin yarışda, xüsusilə sol ön təkər olmaqla, bir çox təkərin maksimal aşınma həddinə çatdığı aşkarlanmışdı.

Bu qərarın qəbul edilməsinə komandaların 30 dövrədən uzun stintlər sınaması da təsir göstərmişdi. Xüsusilə 16 döngədən ibarət və 5,4 kilometr uzunluğundakı Luseyl trasında orta və yüksək sürətli döngələrin çoxluğu təkərlərə düşən yükü xeyli artırır.

Pirelli-nin F1 üzrə baş mühəndisi Simone Berra Las-Veqas Qran Prisi zamanı məsələ ilə bağlı belə danışıb: “Qaydalar baxımından eyni məhdudiyyəti tətbiq edəcəyik, lakin dövrə sayı 25 deyil, 27 olacaq.

Limiti iki dövrə artırmışıq. Qapalı şəraitdə keçirdiyimiz sınaqlarda bunun xüsusi risk yaratmadan məqbul səviyyədə olduğunu gördük.

Qətərdəki problemin, xüsusilə ön təkərlərdə çox yüksək və lokal aşınma ilə bağlı olduğunu bilirik. Orta hesabla 25-26 dövrədən sonra təkərlərin aşınma səviyyəsi asanlıqla 100 faizə çata bilir.

Bu vəziyyət təkərə düşən gərginliyi artırır, çünki protektorun rezin qatı artıq təkərin konstruksiyasını qoruya bilmir. Bunun üzərinə yüksək yüklər, böyük yan qüvvələr və yüksək temperatur, xüsusilə də təkərin karkas temperaturu əlavə olunur.

Təkərin konstruktiv bütövlüyünü qorumaq qabiliyyətinə ən çox təsir edən amillər məhz bunlardır”.

Yarış zamanı təhlükəsizlik avtomobilinin arxasında keçilən dövrələr də daxil olmaqla, pilotların tamamladığı bütün dövrələr stint limitinin hesablanmasına daxil ediləcək. Qaydanı pozan pilotların diskvalifikasiya edilməsi gözlənilir.

Bununla belə, bu məhdudiyyət strategiya seçimlərinin tamamilə aradan qalxması demək deyil. Məsələn, McLaren 2025-ci ildə təhlükəsizlik avtomobili 7-ci dövrədə trasa çıxdıqda pitə girməməyə üstünlük vermişdi. Komanda bununla daha çevik strategiya qurmağı və 32-ci dövrəyə qədər yenidən pit-stop etməməyə çalışmağı hədəfləyirdi.

Oskar Piastri və Lando Norris stint limitinin sonuna qədər trasda qalmışdılar. Lakin bu seçim özünü doğrultmamış və hər iki pilot qələbəni Maks Ferstappinə təhvil vermişdi.

Buna baxmayaraq, ötənilki Qətər Qran Prisi əsasən iki pit-stoplu yarış olmuşdu. Yarışdan əvvəl şənbə günü keçirilən 19 dövrəlik sprint yarışı isə builki proqramda yer almayacaq.

Simone Berra tətbiq ediləcək məhdudiyyətin səbəbini və hesablanma qaydasını belə izah edib: “İki pit-stopu təşviq etmək və təkərlərin protektor qatının altındakı təbəqələri üzə çıxaracaq dərəcədə aşınaraq bir neçə dövrə ərzində istifadəsindən yarana biləcək konstruktiv bütövlük problemlərinin qarşısını almaq üçün eyni dövrə limitini qoruyacağıq.

Ön təkərlərdə aşınma 100 faizə çatsa belə, bunun performans itkisinə çox böyük təsir göstərmədiyini bilirik.

Komandalar uzun məsafəli yürüşlərdə ön oxun aşınmasını asanlıqla idarə edə bilirlər. Performansda nəzərəçarpacaq azalma görmədikləri müddətdə pitə girmirlər.

Hər sessiyada tamamlanan dövrələrin sayını izləyəcəyik. Bu il sprint yarışı olmadığı üçün proses bizim üçün bir qədər asan olacaq. Şənbə günü sessiyalar başa çatdıqdan sonra dövrə saylarını nəzərdən keçirəcək və hər təkər dəsti üçün qalan istifadə limitini açıqlayacağıq”.

23 yarışdan ibarət 2026-cı il mövsümünün sondan əvvəlki mərhələsi olan Qətər Qran Prisi mövsümün son yarışından əvvəl keçiriləcək. Çempionatın finalı isə dekabrın 4-6-da Əbu-Dabidə baş tutacaq.

Bunları da oxuyun

Şərh əlavə et