Məşq hesabatı
Portuqaliyada pit yolunun açılması ilə 45 dəqiqəlik ilk məşq start götürüb. İlk dəqiqələrin ardından Marko Bezzekki 1:39.421 nəticə ilə liderliyə yüksəlib.
Sürətli dövrələr ard-arda gəldikcə və trasın tempi artdıqca lider dəfələrlə dəyişib. Bütün sürücülərin motosikletlərində orta tərkibli təkərlər olub.
Məşqin 15-ci dəqiqəsindən sonra Aleks Markes zaman cədvəlinə başçılıq etsə də, Marko Bezzekki 1:39.002 nəticə ilə yenidən liderliyi ələ alıb. Mark Markes isə üçüncü pilləyə yüksəlib.
Sakit keçən sessiya damalanmış bayraqla başa çatanda Bezzekki liderliyini qoruyub. Xorxe Martin ikinci, sağ çiynindən əməliyyat olunduqdan sonra Portimaoda trasa qayıdan Aleks Markes isə üçüncü yeri tutub. Onun bu nəticəsi zədədən nə qədər sürətlə sağaldığını göstərib.
Bu həftəsonu dünya çempionluğunu təmin etmək şansı olan Mark Markes sessiyanı qardaşının arxasında, dördüncü pillədə tamamlayıb.
Onun ardınca Raul Fernandes qərarlaşıb. Fabio Di Cianantonio altıncı, Cek Miller isə yeddinci olub.
İlk onluğu müvafiq olaraq Fermin Aldeqer, Pedro Akosta və Luka Marini tamamlayıblar.






Şərh əlavə et