Qətər GP: Bezzekki poul qazanıb

Qətər GP: Bezzekki poul qazanıb
  1. 1K. AntonelliMercedes380
  2. 2M. FerstappenRed Bull261
  3. 3L. HəmiltonFerrari259
  4. 4C. RassellMercedes250
  5. 5Ş. LeklerFerrari245
  6. 6L. NorrisMcLaren221
  7. 7O. PiastriMcLaren144
  8. 8İ. HəcərRed Bull107
  9. 9L. LousonRacing Bulls83
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi13
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  1. 1Mercedes630
  2. 2Ferrari504
  3. 3Red Bull382
  4. 4McLaren365
  5. 5Racing Bulls108
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi27
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

2026-cı il MotoGP Qətər Qran Prisinin sıralama turlarında poul qazanan pilot Marko Bezzekki olub.

 

Q1

Yaşıl bayraqların dalğalanması ilə Luseyl trasında 15 dəqiqəlik Q1 sessiyasına start verilib.

İlk dövrələrdən sonra Pedro Akosta 1:51.454 nəticə göstərərək Fermin Aldeqeri 0,3 saniyə qabaqlayıb və liderliyə yüksəlib.

Bir neçə dəqiqə sonra Akosta nəticəsini 1:51.143-ə yaxşılaşdıraraq birinci pillədəki mövqeyini möhkəmləndirib.

Q1-in son bölümündə Aldeqer 1:50.876 nəticə ilə Akostanı geridə qoyaraq liderliyi ələ alıb.

Beləliklə, Q2-yə vəsiqə qazanan iki pilot Fermin Aldeqer və Pedro Akosta olub.

Q2

Q2 üçün geri sayım başladıqda pilotlar bu dəfə poul uğrunda mübarizə aparmaq üçün trasa çıxıblar. Sessiyanın ilk dəqiqələrində Bred Binder qəza edib. 1:50.361 nəticə ilə liderliyə yüksələn Mark Markes isə dövrə rekordunu yeniləyib.

Daha sonra Marko Bezzekki 1:50.065 nəticə ilə liderliyi ələ alıb.

Son cəhdlərdə Bezzekki möhtəşəm dövrə vuraraq nəticəsini 1:50.028-ə çatdırıb və poul qazanıb.

Mark Markes ikinci olub. Damalı bayraq dalğalandıqda Fabio Di Cannantonio üçüncü pillədə qərarlaşıb.

Raul Fernandes dördüncü, Françesko Banyaya isə beşinci yeri tutub. Onların ardınca Ai Oqura gəlib.

Bunları da oxuyun

Şərh əlavə et