Bezzekki Qətərdə ikinci sərbəst yürüşlərin ən sürətli pilotu olub

Bezzekki Qətərdə ikinci sərbəst yürüşlərin ən sürətli pilotu olub
  1. 1K. AntonelliMercedes380
  2. 2M. FerstappenRed Bull261
  3. 3L. HəmiltonFerrari259
  4. 4C. RassellMercedes250
  5. 5Ş. LeklerFerrari245
  6. 6L. NorrisMcLaren221
  7. 7O. PiastriMcLaren144
  8. 8İ. HəcərRed Bull107
  9. 9L. LousonRacing Bulls83
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi13
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  1. 1Mercedes630
  2. 2Ferrari504
  3. 3Red Bull382
  4. 4McLaren365
  5. 5Racing Bulls108
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi27
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Qətərdə keçirilən ikinci sərbəst yürüş sessiyasında ən sürətli dövrə vuran sürücü Marko Bezzekki olub.

 

Start siqnalından sonra pilotlar trasa çıxıblar və yarım saatlıq ikinci sərbəst yürüş sessiyasına start verilib.

Sessiyanın ilk hissəsində pilotlar trasa uyğunlaşmağa və sazlamaları optimallaşdırmağa fokuslanıblar. Daha sonra sürətli dövrələr vurulmağa başlanıb.

Mark Markes ilk cəhdində 1:52.226 nəticə göstərərək liderliyə yüksəlib. Vaxt itirmədən başladığı növbəti dövrədə isə nəticəsini 1:52.034-ə yaxşılaşdıraraq mövqeyini möhkəmləndirib. Markes dərhal daha bir dövrə də vurub, lakin bu dəfə nəticəsini yaxşılaşdıra bilməyib.

Bezzekki ikinci, Raul Fernandes isə üçüncü yerdə qərarlaşıb. Bir qədər sonra 1:52.307 nəticə göstərən Bezzekki öz vaxtını yaxşılaşdırsa da, Markesin gerisində qalıb.

Pilotlar yenidən trasa qayıtdıqda Moreyra ikinci pilləyə yüksəlib. Lakin Fermin Aldeqer 1:52.035 nəticə göstərərək Markesdən cəmi 0.001 saniyə geri qalıb və Moreyranı üçüncü yerə gerilədib.

Qısa müddət sonra Bezzekki 1:51.571 nəticə ilə Markesi geridə qoyaraq liderliyə yüksəlib. Raul Fernandes isə 1:51.692 nəticə ilə Bezzekkinin arxasında ikinci yeri tutub.

Oqura da yüksək temp nümayiş etdirərək üçüncü pilləyə yüksəlib.

Sessiyanın son dövrələrində Raul Fernandes 1:51.684 nəticə ilə ikinci yerə qalxıb.

Damalı bayraqdan sonra liderliyini qoruyan Bezzekki daha bir dövrə vurub. Lakin ilk iki sektorda vaxt itirdiyi üçün nəticəsini yaxşılaşdıra bilməyib. Oqura da ilk iki sektorda yüksək temp göstərib, amma son sektorda döngələrdən birində sürətini itirib. Nəticəsini 1:51.837-yə yaxşılaşdırsa da, ikinci yerdə qərarlaşan komanda yoldaşını keçə bilməyib.

Sessiyanın yekununda 1:51.571 nəticə ilə Marko Bezzekki lider olub. Raul Fernandes ikinci, Oqura isə üçüncü yeri tutub.

Bunları da oxuyun

Şərh əlavə et