Ferstappen Braziliyada son sərbəst yürüşdə lider olub

Ferstappen Braziliyada son sərbəst yürüşdə lider olub
  1. 1K. AntonelliMercedes380
  2. 2M. FerstappenRed Bull261
  3. 3L. HəmiltonFerrari259
  4. 4C. RassellMercedes250
  5. 5Ş. LeklerFerrari245
  6. 6L. NorrisMcLaren221
  7. 7O. PiastriMcLaren144
  8. 8İ. HəcərRed Bull107
  9. 9L. LousonRacing Bulls83
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi13
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  1. 1Mercedes630
  2. 2Ferrari504
  3. 3Red Bull382
  4. 4McLaren365
  5. 5Racing Bulls108
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi27
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

2026-cı il San-Paulu Qran Prisi həftəsonunun son sərbəst yürüş sessiyasını Maks Ferstappen lider başa vurub.

Pit yolunun çıxışındakı işıqların yaşıla çevrilməsi ilə Interlagos trasında həftəsonunun son sərbəst yürüş sessiyasına start verilib. Sessiyanın əvvəlində havanın temperaturu 31°C, trasın temperaturu isə 52°C olub.

Trasa ilk çıxan pilot Niko Hülkenberq olub. Yeni Dünya Çempionu Kimi Antonelli isə komanda radiosu vasitəsilə sükan və ötürmələr qutusu sistemində problemlər yaşadığını bildirib. Bir neçə dəqiqə sonra Maks Ferstappen də sükanın avtomobili sağa çəkdiyini söyləyib.

İlk 10 dəqiqədən sonra Antonelli 1:12.497 nəticə ilə sessiyanın ilk sürətli dövrəsini vuraraq zaman cədvəlinin zirvəsinə yüksəlib. Bütün pilotlar Medium təkərlərdən istifadə ediblər.

Aston Martin komandası avtomobildə ERS problemi olduğunu bildirərək Ləns Strollu boksa çağırıb. Bir neçə dəqiqə sonra Red Bull Racing də sazlama dəyişiklikləri üçün Ayzek Hacarı boksa dəvət edib. Lyuis Həmilton isə mühərrikdə titrəmə hiss etdiyini bildirdikdən sonra boksa qayıdıb.

Şarl Leklerin yarış mühəndisi də qısa müddət ərzində ilk döngə ətrafında yağış gözlənildiyi barədə məlumat verib.

Sərbəst yürüş sessiyasının yarısına çatdıqda 1:12.209 nəticə göstərən Antonelli hələ də liderliyini qoruyub. Maks Ferstappen isə ikinci pillədə qərarlaşıb.

Qalan dəqiqələr nisbətən sakit keçib. Son 10 dəqiqədə qırmızı zolaqlı yumşaq təkərlərə keçən Maks Ferstappen 1:11.622 nəticə ilə liderliyi ələ alıb.

Damalı bayraq dalğalandıqda sessiyanı lider başa vuran pilot Maks Ferstappen olub. Kimi Antonelli ikinci, Lando Norris isə üçüncü yeri tutub.

Corc Rassell dördüncü, Şarl Lekler beşinci olub. Altıncı pillədə isə Oskar Piastri qərarlaşıb.

Bunları da oxuyun

Şərh əlavə et