Cianantonio Qətər Qran Prisinin əsas məşqində tras rekordunu yeniləyib

Cianantonio Qətər Qran Prisinin əsas məşqində tras rekordunu yeniləyib
  1. 1K. AntonelliMercedes380
  2. 2M. FerstappenRed Bull261
  3. 3L. HəmiltonFerrari259
  4. 4C. RassellMercedes250
  5. 5Ş. LeklerFerrari245
  6. 6L. NorrisMcLaren221
  7. 7O. PiastriMcLaren144
  8. 8İ. HəcərRed Bull107
  9. 9L. LousonRacing Bulls83
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi13
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  1. 1Mercedes630
  2. 2Ferrari504
  3. 3Red Bull382
  4. 4McLaren365
  5. 5Racing Bulls108
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi27
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Qətər Qran Prisinin əsas məşq sessiyasında tras rekordunu qıraraq birinci yeri tutan pilot Fabio Di Cianantonio olub.

Luseyl trasında start siqnalının verilməsi ilə işıqlar altında keçirilən bir saatlıq əsas məşq sessiyası başlayıb.

Sessiyanın əvvəlində trasa çıxan pilotlar dövrələrini tamamladıqdan sonra pitə qayıdaraq məlumatları təhlil ediblər. İlk tempi Xorxe Martin müəyyənləşdirib. Liderlik isə Mark Markes, Marko Bezzekki və Fabio Di Cianantonio arasında dəyişib.

Sessiyanın 20-ci dəqiqəsi geridə qaldıqda Bezzekki 1:51.807 nəticə göstərərək liderliyə yüksəlib. Qısa müddət sonra dövrə vaxtını 1:51.764-ə çatdıraraq mövqeyini möhkəmləndirib.

Mark Markes 1:52.161 nəticə ilə dördüncü yerdə qərarlaşıb. Fabio Di Cianantonio isə 1:51.105-lik dövrəsi ilə Bezzekkini geridə qoyaraq liderliyi ələ keçirib.

Sessiyanın ilk yarısı sakit keçib. Ay Oqura Fabio Di Cianantoniodan təxminən 0,8 saniyə geri qalaraq 1:52.002 nəticə ilə Bezzekkinin arxasında üçüncü olub.

İkinci yarıda sürətli dövrə vurduğu vaxt Mark Markesin motosikletinin zənciri qəfil qırılıb və texniki problem yaranıb. İspaniyalı pilot bir ayağı ilə motosikletini trasın kənarından pitə doğru itələyib. Komanda üzvləri də ona kömək edib və Markes nəhayət boksa qayıdıb.

Maverik Vinyales 1:52.270 nəticə ilə səkkizinci yerə yüksəlib. Diogo Moreyra isə 1:52.516 göstərici ilə Vinalesə yaxın vaxt göstərməsinə baxmayaraq, 11-ci pillədə qalıb.

Sessiyanın son rübündə temp yüksəlib və pilotlar dövrə vaxtlarını yaxşılaşdırmağa başlayıblar.

Zəncir problemi aradan qaldırıldıqdan sonra trasa qayıdan Markes 1:50.925 nəticə göstərərək Di Cianantonionun vaxtını geridə qoyub və liderliyə yüksəlib. Françesko Banyaya isə 1:51.087 ilə ikinci pilləyə qalxıb.

Pedro Akosta 1:51.987 nəticə ilə son sektorda istədiyi tempi tapa bilməyib və 11-ci yerdə qərarlaşıb. Di Cianantonio da döngələrin birində əyləc səhvi edərək sürətli dövrəsini yarımçıq dayandırıb.

İtaliyalı pilot növbəti cəhdində 1:50.913 nəticə göstərərək yenidən liderliyə yüksəlib. Lakin Bezzekki qısa müddət sonra 1:50.694-lük dövrə ilə cavab verərək birinci yeri ələ keçirib.

Raul Fernandes də tempini artıraraq 1:51.109 nəticə ilə altıncı pilləyə yüksəlib.

Sessiyanın son beş dəqiqəsinə daxil olarkən Banyaya son sektorda vaxt itirib və 1:50.792 nəticə ilə ikinci yerdə qərarlaşıb.

Son dəqiqələrdə Fabio Di Cianantonio 1:50.406 nəticə göstərərək tras rekordunu yeniləyib və liderliyə yüksəlib. Mark Markes son dövrəsində cüzi fərqlə ikinci pilləyə qalxıb, Bezzekki isə sessiyanı üçüncü yerdə başa vurub.

Bunları da oxuyun

Şərh əlavə et