Sıralanma turunda Lyuis Həmiltondan cəmi 0,009 saniyə geri qalaraq poul mövqeyini əldən verən Corc Rassell yarışa ikinci yerdən başlayıb. Lakin startda mövqelər itirib.
Britaniyalı pilot ilk dövrədə Red Bull sürücüsü Ayzek Hacarla təmas yaşadığı üçün 10 saniyəlik zaman cəzası da alıb.
Komanda yoldaşı Kimi Antonelli yarışı üçüncü yerdə başa vuraraq karyerasının ilk dünya çempionluğunu rəsmiləşdirib. Rassell isə damalı bayrağı yalnız altıncı yerdə görüb.
Yarışdan sonra Sky Sports F1-ə danışan Toto Volff Rasselldən üzr istəyərək məsuliyyəti öz üzərinə götürüb: “Bu gün onu bir daha tamamilə məyus etdik. Həmin anda nə baş verdiyini hələ bilmirik. Düşünürəm ki, o, burada qələbə uğrunda mübarizə aparırdı. Lakin daha sonra enerji çatışmazlığı yarandı və bu, onun yarışını məhv etdi.
Bizim bir yox, iki pilotumuz var. Bu il bolid heç cür onun istədiyi kimi işləmədi. Bu gün yaşananlar kimi bəxtsizliklər də baş verəndə bütün problemləri həll etməliyik.
Bu, onun üçün həqiqətən çox çətin andır. Mənim vəzifəm çempionluq uğrunda mübarizə apara bilməsi üçün ona ehtiyac duyduğu texnikanı və dəstəyi təmin etməkdir”.
Rassellin yarışı altıncı yerdə başa vurması çempionatın ümumi sıralamasında ikinci pillədən dördüncü yerə geriləməsinə səbəb olub. Britaniyalı pilot hazırda ikinci yerdəki Maks Ferstappendən 11, üçüncü pillədəki Lyuis Həmiltondan isə 9 xal geri qalır.






Şərh əlavə et