Xəbəri Kokpitdə Oxuyun!

Mercedes Rassellə görə cərimələnib

Kimi Antonellinin Dünya Çempionluğunu rəsmiləşdirdiyi Meksika Qran Prisindən sonra Corc Rassell media zonasına getmədən trası tərk edib. Nəticədə Mercedes komandası 5 min avro cərimələnib.

Qaydalara əsasən, ilk üçlükdə yer almayan bütün pilotlar yarışdan sonra mətbuat qarşısında çıxış etməlidirlər. Lakin britaniyalı pilotun media öhdəliklərini yerinə yetirmədən trasdan ayrılması FIA stüardlarının araşdırmasına səbəb olub.

Xüsusi icazə almadan bu qaydanı pozduğu üçün Mercedes komandasına 5 min avro məbləğində cərimə tətbiq edilib.

FIA stüardlarının qərarında deyilir: “Stüardlar komanda nümayəndəsindən pilotun yarışdan sonrakı media öhdəliklərini yerinə yetirmədən trası tərk etdiyini öyrəniblər.

Pilotun və ya nümayəndəsinin dinləmədə iştirak etməməsi halında da stüardların qərar qəbul edə biləcəyini nəzərə alaraq, komandaya 5 min avro məbləğində cərimə tətbiq edilməsi qərara alınıb”.

Rauf Hacıyev

Şərh əlavə et