Meksika Qran Prisini üçüncü yerdə başa vuran Andrea Kimi Antonelli karyerasında ilk dəfə Dünya Çempionu olub və Formula 1 tarixinin ən gənc titul sahibi kimi tarixə düşüb.
Yarışdan sonra danışan Mercedes pilotu qazandığı uğurdan sonra sevincini ifadə etməkdə çətinlik çəkdiyini bildirib. O, bu nöqtəyə çatmasında komandasının və ailəsinin böyük rol oynadığını vurğulayıb.
Kimi Antonelli deyib: “Bacardıq, bacardıq!
Mercedes və ailəm olmasaydı, bu gün burada ola bilməzdim. Buna görə də bu an üçün onlara çox minnətdaram. Bu, yaddaşımda əbədi yaşayacaq bir an olacaq. Nə deyəcəyimi bilmirəm. Hələ də indicə baş verənləri anlamağa çalışıram.
Komandama, ailəmə, dostlarıma, mənə və bu idmana dəstək olan hər kəsə çox təşəkkür edirəm. Artıq hər şey gerçəkdir və hər anın dadını çıxaracağam.
İnanılmaz mövsüm keçirdik. Bu podiumu Maks və Lyuislə bölüşmək də möhtəşəmdir. Gələcəkdə onlarla daha çox mübarizə aparmağı səbirsizliklə gözləyirəm.
Bu həftəsonu özümü bir qədər daha gərgin hiss edirdim. Amma sonda buna nail olduğumuz üçün çox xoşbəxtəm. İndi mövsümün qalan hissəsindən zövq ala bilərik”.
Bu gecə çempionluğu necə qeyd etməyi planlaşdırdığı soruşulan Antonelli isə belə cavab verib: “Deyəsən, səs-küylü bir bayram keçirməliyəm, elə deyilmi?
Ailəm, dostlarım və komanda ilə birlikdə möhtəşəm bir bayram edəcəyik və bu anın sonuna qədər dadını çıxaracağıq! Çünki bu, çox özəl və ömür boyu xatırlayacağımız bir andır”.




Şərh əlavə et