Haas Okonla yollarını ayırıb, Kamara Braziliyada debüt edəcək

Haas Okonla yollarını ayırıb, Kamara Braziliyada debüt edəcək

Braziliyada Oliver Bermanın komanda yoldaşı Rafael Kamara olacaq. Haas F1 oktyabr ayında gənc braziliyalı pilotla 2027-ci il mövsümü üçün müqavilə imzalasa da, o, əsas heyətdə debütünü artıq bu həftəsonu edəcək.

Komandanın rəhbəri Ayo Komatsu qərarı belə şərh edib: “Esteban Okona bu mövsüm avtomobilimizin sükanı arxasına qayıtmayacağını artıq bildirmişik. Meksikada olduğu kimi, belə qərarlar heç vaxt emosiyaların təsiri altında verilmir. Həm o zaman, həm də indi bunun komandanın uzunmüddətli maraqlarına uyğun olduğunu düşünürük.

Komanda ilə Esteban arasında keçirilən söhbətlər daxili məsələ olaraq qalır. Şəxsi danışıqların məxfiliyinə hörmət etməyə davam edəcəyik.

Gələcəyə baxdıqda isə San-Paulu Qran Prisində Oliver Bermanın komanda yoldaşı kimi Rafael Kamaraya üstünlük vermişik. O, avqust ayında əvvəlki illərin avtomobili ilə keçirilən testlərdə möhtəşəm çıxış etdi. Rafanın bacarıqlarını yaxşı tanıyırıq və bu həftəsonu onu komandamızda qarşılamağı, Braziliyada VF-26 sükanı arxasında Formula 1 debütündə onunla işləməyi səbirsizliklə gözləyirik”.

Bunları da oxuyun

Şərh əlavə et