Kokpit.az xatırladır ki, Ferrari-nin WEC komandası həm Sürücülər Çempionatının, həm də Mühəndislər Kubokunun qalibi olub. Lakin Formula 1 komandasında işlər heç də yaxşı getmir. Belə ki, Braziliya Qran Prisidən həm Şarl Lekler, həm də Lyuis Həmilton mübarizəni vaxtından əvvəl dayandırıblar. Yekunda “qırmızılar” Mühəndislər Kubokunda ikinci yerdən dördüncü yerə geriləyiblər.
Lyuis Həmilton: “Mən komandamın yanındayam. Özümün də yanındayam. Mən heç vaxt təslim olmayacağam — nə indi, nə də keçmişdə, heç vaxt. Təşəkkürlər, Braziliya”.
Şarl Lekler: “San-Paulu həftəsonu bizim üçün çətin keçdi. Mövsümün həlledici məqamında komandaya demək olar ki, xal gətirə bilməmək çox məyusedicidir.
Qarşıda bizi gərgin mübarizə gözləyir və bu vəziyyəti yalnız birlikdə aşmaq mümkündür. Hər zamankı kimi, biz son üç yarışda əlimizdən gələni edəcəyik”.




Şərh əlavə et