Audi Tsunodanın cəzasız qalması ilə bağlı apellyasiya verib

Audi Tsunodanın cəzasız qalması ilə bağlı apellyasiya verib
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

İtaliya Qran Prisindən sonra Audi stüardların Yuuki Tsunodanı cəzalandırmamaq qərarına qarşı apellyasiya şikayəti verib. Şikayət noyabrın 25-də FIA-nın Parisdəki qərargahında nəzərdən keçiriləcək.

Məsələnin mahiyyəti Monzada restartdan əvvəl Racing Bulls pilotunun avtomobilini start düzümündə düzgün yerləşdirməməsi ilə bağlıdır. Bu səbəbdən ikinci isinmə dövrəsinin elan olunmasına ehtiyac yaranmışdı. Belə hallarda qayda pozuntusuna yol verən pilotlar adətən 10 saniyəlik cəza alırlar. Lakin Tsunodaya qarşı heç bir sanksiya tətbiq edilməmişdi.

Stüardlar müəyyən ediblər ki, yaponiyalı pilotun avtomobili start mövqeyinin sərhədləri daxilində olub və onun hərəkətləri digər sürücülərə təsir göstərməyib. Bundan başqa, əlavə isinmə dövrəsi barədə qərar yarış direktoru tərəfindən Tsunodanın prosedur qaydalarını pozmasına görə verilməyib.

Stüardların qərarı nəticəsində Tsunoda yarışı onuncu yerdə başa vurub. Əgər ona 10 saniyəlik cəza verilsəydi, Audi pilotu Qabriel Bortoleto onuncu, komanda yoldaşı Niko Hülkenberq isə on birinci pilləyə yüksələcəkdi.

Audi qərarın dəyişdirilməsini, Tsunodanın cəzalandırılmasını və yarışın yekun nəticələrinin yenidən nəzərdən keçirilməsini tələb edir.

Hakimlərin qərarına və FIA-nın məxfilik tələbinə əsasən, dinləmə prosesi ictimaiyyət, media və iştirakına xüsusi icazə verilməyən şəxslər üçün qapalı keçiriləcək.

Bunları da oxuyun

Şərh əlavə et