Kimi Antonelli: “Mesajlar çox idi. Yarışdan sonra messenceri açdım və o qədər mesaj aldım ki, tətbiq sadəcə dondu. Daxil olub çıxdım, heç nəyə toxunmağa belə macal tapmadım, çünki telefonum susmaq bilmirdi.
Mənə Yannik Sinner, Marko Betsekki, Valentino Rossi, sözün əsl mənasında hamı yazmışdı. Bu qədər dəstəyi, bu qədər həvəs və emosiyanı görmək çox xoş idi. Bu, həqiqətən möhtəşəmdir. Bütün mesajların arasından birini seçmək mənim üçün çətindir. Hamısı çox xoş idi”.
Antonelli əlavə edib ki, qələbədən sonrakı gün kartinq trasına gedərək yenidən sükan arxasına qayıdıb: “Bəzən sakitliyi qorumaq və emosiyalara həddindən artıq qapılmamaq çətin olur. Montsada həmin gün çox emosional alındı. Amma, məsələn, bazar ertəsi kartinq mənə yenidən yerə enməyə kömək etdi.
Komanda ilə birlikdə günü əla keçirdik. Bu, mənə haradan gəldiyimi və hansı yolu keçdiyimi xatırlamağa kömək etdi. Buna görə də bu, həm əylənmək, həm məşq etmək, həm də reallığa qayıtmaq üçün yaxşı üsul idi”.




Şərh əlavə et