Xəbəri Kokpitdə Oxuyun!

Antonelli: Çempionluğa artıq çox yaxınıq

ABŞ Qran Prisində damalı bayrağı birinci yerdə görərək çempionluğa bir addım da yaxınlaşan Kimi Antonelli bir pit-stop strategiyasını uğurla həyata keçirdiklərini bildirib.

İtalyan sürücü ABŞ Qran Prisində podiumun ən yüksək pilləsinə qalxaraq Mercedes-ə mövsümün ən vacib qələbələrindən birini qazandırıb. Ferrari və Red Bull-un təzyiqinə baxmayaraq, bir pit-stop strategiyasını uğurla idarə edən gənc pilot bu nəticə ilə 2026-cı il Dünya Çempionluğuna da xeyli yaxınlaşıb.

Kimi Antonelli: “Bizə lazım olan nəticə məhz bu idi. Bütün komanda bu qələbəyə sonuna qədər layiq idi.

Bu yenilənmə paketini bura gətirmək üçün çox böyük əmək sərf olunub. Nəhayət, bunun bəhrəsini görmək həqiqətən də çox xoşdur.

Strategiya baxımından da mükəmməl iş gördük. Bir pit-stop qərarını əla idarə etdik və bu strategiyanı yarışın sonuna qədər davam etdirə bildiyimiz üçün çox xoşbəxtəm. Bu gün komanda işi həqiqətən möhtəşəm idi.

Çempionluğa artıq çox yaxınıq. Mövsümü mümkün olan ən yüksək səviyyədə başa vurmağa çalışırıq və ümid edirəm ki, çox keçmədən çempionluğumuzu elan edə biləcəyik”.

Növbəti yarışda Corc Rassell və Lyuis Həmiltonun nəticələrindən asılı olmayaraq ilk doqquzluqda yer alacağı təqdirdə Antonelli dünya çempionluğunu rəsmiləşdirəcək.

Rauf Hacıyev

Şərh əlavə et