Circuit of the Americas trasında keçirilən yarışda Ferrari pilotu damalı bayrağı ikinci yerdə görərək podiuma yüksəlib. Kimi Antonelli ilə arasındakı fərq artsa da, Maks Ferstappenlə ikincilik uğrunda mübarizə aparan monakolu pilot yarışın sonunda ümumi performanslarını müsbət qiymətləndirib.
Yarışdan sonra açıqlama verən Şarl Lekler belə deyib: “Yaxşı bir yarışı geridə qoyduq. Təəssüf ki, əsas hədəfimiz olan qələbəyə bir qədər çatmadıq.
Amma günün sonunda ümumilikdə müsbət yarış keçirdiyimizi deyə bilərəm. Tempimiz kifayət qədər yaxşı idi, sadəcə yarışın ilk hissəsi bizim üçün bir qədər çətin keçdi.
Kimi bir pit-stop strategiyasına üstünlük verdi, halbuki bu, bizim planlarımız arasında yox idi. Buna baxmayaraq, Maksla gərgin mübarizə apardıq və güclü temp nümayiş etdirməyi bacardıq.
Həm startda, həm də yarışın sonrakı mərhələsində Maksla apardığımız gözəl mübarizələr sayəsində həqiqətən çox maraqlı və əyləncəli yarış oldu”.




Şərh əlavə et