Ostin yarışına ilk start cərgəsindən başlayan Maks Ferstappen finiş xəttini bir pillə geridə keçsə də, podiuma yüksəlməyi bacarıb.
Yarış boyu istədikləri performansı göstərə bilmədiklərini deyən niderlandlı pilot son yarışlarda yaxşı işləyən yenilənmə paketinin Ostində niyə eyni nəticəni vermədiyini anlamalı olduqlarını vurğulayıb.
Maks Ferstappen yarışdan sonra belə danışıb: “Məncə, ümumi yarış tempimiz kifayət qədər yaxşı deyildi. Üstəlik, təkər seçimlərimiz də yəqin ki, düzgün deyildi.
Bunun səbəbini anlamalıyıq, çünki son bir neçə yarışda hər şey bizim üçün yaxşı işləyirdi. Burada isə səbəbini bilmədiyim şəkildə işlər istədiyimiz kimi getmədi.
Buna baxmayaraq, podiuma yüksəlməyi bacardıq. Yarışın son hissəsində virtual təhlükəsizlik avtomobilinin trasda olması sayəsində bəlkə də bir qədər şanslı idik, ancaq bu nəticə ilə razıyam”.




Şərh əlavə et