Komanda yoldaşı Isack Hadjar isə doqquzuncu yeri tutaraq Ferstappendən təxminən bir saniyə geri qalıb. O, bu fərqi bolidin uyğun olmayan sazlamaları ilə izah edib.
Max Ferstappen: “Həftəsonuna yaxşı başladıq. Bu trasda həm yavaş, həm də sürətli döngələrə uyğun sazlamalar tapmaq həmişə çətindir. Trasın nahamar olması işi daha da mürəkkəbləşdirir. Bununla belə, düzgün balansı tapmalı və ritmimizi tutmalıyıq. Birinci və ikinci sərbəst yürüşlərdə məhz bunun üzərində işlədik.
Bolidin balansını yaxşılaşdırmaq üçün hələ görüləsi işlərimiz var. Amma ümumilikdə, gün pis keçmədi”.
Ayzek Hacar: “Birinci sərbəst yürüş yaxşı keçdi. Gözlədiyimiz kimi, trasda çoxlu nahamarlıq var idi, amma bundan lazımi nəticələr çıxardıq.
İkinci sərbəst yürüşdən əvvəl komanda sazlamaları dəyişdi, lakin bu qərar istədiyimiz nəticəni vermədi. Medium təkərlərlə müqayisədə Soft təkərlərdə problemlər yaşadım. Dövrənin birinci sektorunda təkərlər yaxşı işləyirdi, amma sonrakı hissələrdə rezinin həddindən artıq qızması səbəbindən çətinliklər yaranırdı.
Xüsusilə bolidin balansı ilə bağlı üzərində işləməli olduğumuz məqamlar var. Cüməgünkü məşqlər elə bunun üçündür. Şənbə günü imkanlarımızdan maksimum yararlanmağa çalışacağıq”.




Şərh əlavə et