Xəbəri Kokpitdə Oxuyun!

C.Rassell: Çox işləməliyik

Mececedes komandasının sürücüsü Corc Rassell bildirib ki, qələb üçün hələ çox iş görməlidirlər.

Britaniyalı sürücü Ostindəki məşqi beşinci yerdə başa vurub. Britaniyalı pilot sürətli dövrələrdə boliddən maksimum nəticə ala bilmədiyini və buna görə də daha sürətli olmaq potensialının qaldığını deyib.

Corc Rassell: “Məhsuldar gün oldu və texniki yenilikləri qiymətləndirmək üzərində işləməyə davam etdik. Birinci sərbəst yürüş istədiyimiz kimi keçmədi, amma ikinci sessiyada bir çox problemi həll etdik və bolidin davranışı xeyli yaxşılaşdı. Bununla belə, xüsusilə cümə günü bəzi rəqiblərimizin nə qədər sürətli olduğunu nəzərə alsaq, hələ çox iş görməliyik.

Sürətli dövrələrdə boliddən maksimum nəticə ala bilmədim. Dövrələrimdən biri trasın sərhədlərini pozduğum üçün ləğv edildi, növbəti dövrədə isə birinci sektorda təhlükəli vəziyyətlə üzləşdim. Buna görə də daha sürətli dövrə vurmaq potensialım var. İlk gün topladığımız məlumatları təhlil edəcək və bu gün sürətimizi necə artıra biləcəyimizi araşdıracağıq.

Həftəsonu başlamazdan əvvəl də gözlədiyimiz kimi, ilk dörd komanda arasındakı fərqlər çox azdır. Ön sıralarda mübarizə aparmaq üçün sabaha qədər sürətimizi artırmalı, həmçinin sıralanma turunu və yarışı yaxşı keçirməliyik”.

Rauf Hacıyev

Şərh əlavə et