Xəbəri Kokpitdə Oxuyun!

Lekler yeniliklərdən razıdır

Şarl Lekler Ostində cümə günü keçirilən hər iki sessiyada ən sürətli nəticəni göstərib və günün yekunlarından razı qalıb. Ferrari pilotu bolidə gətirilən yeniliklərin gözlənildiyi kimi işlədiyini bildirib.

Kokpit.az xatırladır ki, monakolu sürücü Ostində keçirilən hər iki cümə sərbəst yürüşlərində də birinci yeri tutub. Lyuis Həmiton isə günü dördüncü yerdə bağlayıb.

 

Şarl Lekler: “Yeniliklər gözlədiyimiz kimi işləyir və kokpitdə özümü yaxşı hiss edirdim. Amma nəticə çıxarmağa tələsməməliyik. Rəqiblərimiz şənbə günü, şübhəsiz ki, sürətlərini artıracaqlar.

Kimi və Maks artıq çox sürətlidirlər və sıralanma turunda da ön sıralarda olacaqlar. Biz isə öz işimizə köklənəcəyik və nəticənin necə olacağını görəcəyik”.

Lyuis Həmilton: “Çox da asan gün olmadı. Sazlamalara fərqli yanaşmanı sınadıq, amma boliddə özümü rahat hiss etmirdim, xüsusilə də nahamar hissələrdə. Şarl göstərdi ki, sürətimiz var. İndi bizə uyğun sazlamaları tapmalıyıq.

Sərbəst yürüşlər yeni nələrisə sınamaq və bolidi daha yaxşı anlamaq üçün həmişə yaxşı fürsətdir. İndi komanda ilə birlikdə işləyib sabah daha yaxşı nəticə göstərmək üçün nə edə biləcəyimizi müəyyənləşdirəcəyik”.

Rauf Hacıyev

Şərh əlavə et