Dario Marrafuski, Pirelli Motorsport-un direktoru: “Cümə gününün nəticələri bu Qran Pri üçün seçilmiş hər üç təkər tərkibinin sabit performans nümayiş etdirdiyini təsdiqləyir.
Görünür, C2 tərkibi yarışda məhdud rol oynayacaq. Komandalar əsas diqqəti Medium və Soft təkərlərə yönəldəcəklər. Təkərlərin yeyilmə səviyyəsini və trasla ilişmənin sürətlə yaxşılaşmasını nəzərə alsaq, bir pit-stoplu strategiya ən real ssenari kimi görünür.
Trasın vəziyyətindəki dəyişikliklər gözləntilərimizə uyğundur. Sessiyaların əvvəlində asfalt çirkli idi, lakin üzərində tez bir zamanda işlənmiş təkər qatı yarandı.
Təkər tərkibləri arasındakı sürət fərqi də gözlədiyimiz kimidir: Hard və Medium arasında təxminən 0,9 saniyə, Medium və Soft arasında isə 0,5 saniyə.
Bolidlərin aerodinamik balansına xüsusi diqqət yetiriləcək. Ostində trasın nahamarlığı və çuxurları bu amili daha da vacib edir. Optimal balansın itirilməsi ən sərt əyləcləmə zonalarında ön təkərlərin bloklanma ehtimalını artıra bilər. Buna görə də sazlamalarda ən uyğun kompromisi tapmaq son dərəcə vacibdir”.




Şərh əlavə et