Xəbəri Kokpitdə Oxuyun!

M.Ferstappen: Q3-də istədiyim balansı tapa bilmədim

ABŞ Qran Prisinin sıralanma turunu ikinci yerdə tamamlayan Maks Ferstappen ilk iki sessiyada bolidin yaxşı hisslər yaratdığını, lakin Q3-də hər iki təkər dəstində istədiyi balansı tapa bilmədiyini bildirib.

Kokpit.az xatırladır ki, niderlandlı sürücü ABŞ Qran Prisinin sıralanma turunda ikinci yeri tutub.

Maks Ferstappen: “Q3 yaxşı keçmədi, vəssalam. Q1 və Q2 yaxşı idi, amma səbəbini bilmədiyim şəkildə hər iki təkər dəstində də yaxşı balans tapa bilmədim.

Heç bir səhv etmədim, sadəcə trasda ilişmə yox idi. Bolid çox sürüşməyə başladı.

Son dövrədə bəzi hissələrdə arxa küləyin təsirindən işlərin qaydasında getmədiyini görmək mümkündür. Bir az daha çox hücum etməyə çalışırsınız, ancaq qabarlara yanlış bucaq altında düşəndə bolid kenquru kimi tullanmağa başlayır və güclü sürüşmə yaranır. Həmin anda dövrənin artıq bitdiyini anlayırsınız.

Açığı, Q3-dən heç məmnun deyiləm. Hər şey istədiyim kimi getmədi və gözlədiyim performansı göstərə bilmədim. Lakin nəticə ikinci yerdirsə, əlbəttə, bunu qəbul edirəm”.

Rauf Hacıyev

Şərh əlavə et