Sportico-nun dərc etdiyi hesabata görə, Formula 1 komandalarının 2026-cı ildə orta dəyəri 4,55 milyard dollar təşkil edib. Ferrari 8,2 milyard dollarla siyahıya başçılıq edir. Mercedes 7,75 milyard dollarla ikinci, McLaren isə 6,3 milyard dollarla üçüncü yerdə qərarlaşıb.
Siyahının davamında 5,6 milyard dollarla Red Bull, 4,1 milyard dollarla Aston Martin gəlir. Alpine-in dəyəri 3,28 milyard, Williams-ın 3,24 milyard, Racing Bulls-un 3,05 milyard, Audi-nin isə 3 milyard dollar olaraq qiymətləndirilib. Haas 2,8 milyard dollarla onuncu yerdədir. Bu mövsüm Formula 1-ə qoşulan Cadillac-ın təxmini dəyəri isə 2,7 milyard dollar təşkil edib.
Komandaların dəyərində ciddi artım
Cadillac nəzərə alınmadıqda, Formula 1 komandalarının ümumi dəyəri əvvəlki illə müqayisədə orta hesabla 39 faiz artıb. 2023-cü illə müqayisədə isə bu göstərici 197 faizə çatıb.
Artımda sponsorluq müqavilələrindən əldə edilən gəlirlərin çoxalması və xərcləri məhdudlaşdıran maliyyə qaydalarının təsirli olduğu bildirilir. Xüsusilə Haas-ın dəyərinin 67 faiz artması diqqət çəkir. Audi 60, Alpine 58, Williams isə 51 faiz bahalaşıb. Ferrari-nin dəyəri bir il ərzində 28 faiz yüksəlib.
Sportico-nun hesablamalarına görə, 2025-ci il mövsümündə mübarizə aparan 10 komanda ümumilikdə təxminən 5,2 milyard dollar gəlir əldə edib.
2026-cı il üçün komandaların təxmini dəyərləri və illik dəyişiklikləri belədir:
- Ferrari: 8,2 milyard dollar — 28 faiz artım
- Mercedes: 7,75 milyard dollar — 32 faiz artım
- McLaren: 6,3 milyard dollar — 33 faiz artım
- Red Bull: 5,6 milyard dollar — 30 faiz artım
- Aston Martin: 4,1 milyard dollar — 38 faiz artım
- Alpine: 3,28 milyard dollar — 58 faiz artım
- Williams: 3,24 milyard dollar — 51 faiz artım
- Racing Bulls: 3,05 milyard dollar — 49 faiz artım
- Audi: 3 milyard dollar — 60 faiz artım
- Haas: 2,8 milyard dollar — 67 faiz artım
- Cadillac: 2,7 milyard dollar — yeni komanda, illik müqayisə yoxdur






Şərh əlavə et