Liam Louson Racing Bulls ilə müqaviləsini uzatmağa yaxındır

Liam Louson Racing Bulls ilə müqaviləsini uzatmağa yaxındır
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Liam Lousonun Sao Paulo Qran Prisindəki güclü çıxışından sonra 2027-ci il mövsümü üçün Racing Bulls ilə müqaviləsini uzatmağa yaxın olduğu bildirilir. Hələlik yekun qərar verilməsə də, The Race-in məlumatına görə, yeni zelandiyalı pilotun Faentsa təmsilçisində qalacağı gözlənilir.

Red Bull gələn mövsüm gənc pilot proqramının üzvü Nikola Tsolovu Formula 1-ə gətirməyi planlaşdırırdı. Lakin Lousonun mövsüm ərzində, xüsusilə də son yarışlarda göstərdiyi performans komandada qalmaq ehtimalını xeyli artırıb.

Mövsümün bitməsinə üç yarış qalmış pilotlar çempionatında doqquzuncu yerdə qərarlaşan Lousonun 89 xalı var. Komanda yoldaşı Arvid Lindblad isə 38 xal toplayıb.

Yeni zelandiyalı pilotun uğurlu çıxışı bununla da məhdudlaşmır. Racing Bulls Mühəndislər Kubokunda beşinci yer uğrunda mübarizə aparan Alpine-dən mövsüm ərzində topladığı ümumi xalla da öndədir. Üstəlik, bu xalların hamısını Louson təkbaşına qazanıb.

Lousonun müqaviləsinin uzadılmasını dəstəkləyənlər arasında Racing Bulls və Red Bull Racing rəhbərləri Alan Permeyn və Loren Mekis də var. Bununla belə, yekun qərar Red Bull şirkətinin səhmdarlarına məxsusdur.

Racing Bulls-un 2027-ci il mövsümü üçün pilot heyəti ilə bağlı rəsmi açıqlamasını Las-Veqas Qran Prisindən əvvəl verməsi gözlənilir.

Bunları da oxuyun

Şərh əlavə et