Braziliyada qələbə qazanan britaniyalı pilot startda yaxşı nəticə göstərə bilməməsinə və yaş trasda yumşaq təkərlərə keçmək kimi çətin qərarlara baxmayaraq, soyuqqanlılığını qoruyaraq finişə birinci çatıb.
Avqust ayından bəri davam edən qələbə həsrətinə son qoyan Norris son həftələrdə yaşadıqları çətinliklərdən sonra komandaya layiq olduğu nəticəni qazandırdığı üçün xoşbəxt olduğunu bildirib. O, mövsümün sonuna qədər mübarizəni davam etdirəcəklərini də vurğulayıb.
Braziliya Qran-prisindən sonra danışan Lando Norris belə deyib: “Çox, lap çox çətin yarış oldu.
Startda ən yaxşı çıxışımı edə bilmədim. Bu gün trasdakı şərait ciddi çətinliklər yaradırdı. Xüsusilə liderlik uğrunda mübarizə apararkən və fərqi azaltmağa çalışarkən yaş trasda Soft təkərlərə keçmək həmişə çox çətin qərardır.
Bu gün ən vacib məqam soyuqqanlılığımı qorumağım, heç bir səhvə yol verməməyim və ehtiyac duyduğum anda lazımi tempi göstərə bilməyim idi. Yenidən zirvəyə qayıtmaq möhtəşəm hissdir. Üstəlik, bunu etmək üçün buradan daha gözəl yer ola bilməzdi.
Komandaya böyük təşəkkür borcluyam. Onlar hələ də çox əzmlə çalışırlar. Son bir neçə həftədə olduğu kimi, onlara yaxşı nəticə qazandıra bilməyəndə bu, insanı məyus edir. Ancaq bu həftəsonu onların zəhmətinin qarşılığını verə bildiyimizi düşünürəm”.






Şərh əlavə et