İkinci yerə yüksəldikdən sonra Lando Norrisə yaxınlaşa bilməyən niderlandlı pilot bolidin balansında qəribə dəyişiklik hiss etdiyini deyib. O, bolidin altlığında və ya kuzovunda zədə olub-olmadığını araşdıracaqlarını bildirib.
Braziliyadakı çətin yarışı dəyərləndirən Maks Ferstappen belə danışıb: “Çətin yarış oldu. İlk bir neçə dövrə, əlbəttə, çox vacib idi və bir çox rəqibimi qabaqladım. Açığı, yarışın ilk hissəsində tempimiz çox, lap çox yüksək idi.
Təəssüf ki, sonradan boliddə hansısa zədə yaranmış ola bilər. Hələ dəqiq bilmirəm. Çünki bolidin balansı birdən-birə qəribə şəkildə dəyişdi və bütün həftəsonu hiss etdiyim davranış tamamilə fərqli oldu. İkinci yerə yüksəldikdən sonra Norrisə heç cür yaxınlaşa bilmədim.
Ona görə də problemin nədən qaynaqlandığını başa düşməliyik. Bununla belə, 21-ci yerdən başlayıb yarışı ikinci pillədə, podiumda başa vurmaq çox yaxşı nəticədir”.






Şərh əlavə et