Mercedes pilotu sıralanma turundan sonra trasda yaşadığı çətinliklərdən danışıb. Gənc sürücü daha əvvəl İnterlaqosda yaş trasda heç vaxt sürmədiyini və seans boyunca şəraitə uyğunlaşmağa çalışdığını deyib.
Kimi Antonelli: “Çox çətin seans idi. Açığı, məni nələrin gözlədiyini dəqiq bilmirdim, çünki burada əvvəllər heç vaxt yaş trasda sürməmişdim.
Keçid təkərləri ilə çətinlik çəkdim və böyük səhvə yol verdim. Beşinci döngədə az qala trasdan çıxırdım. Buna baxmayaraq, göstərdiyim performans üçüncü yeri tutmağa kifayət etdi.
Nəticədən məmnunam. İndi sabahkı günə köklənəcəyik”.
Yarışdan əvvəl hava şəraitinin həlledici rol oynaya biləcəyinə diqqət çəkən Antonelli yağış ehtimalına qarşı hazır olmalı olduqlarını vurğulayıb: “Əlbəttə, ilk növbədə havanın necə olacağını görməliyik. Amma istənilən şəraitə hazırlaşmağa çalışacağıq.
Yarış zamanı yağış yağsa, bugünkü təcrübəmiz bizə kömək edəcək. Bununla belə, hazırda hava proqnozunu dəqiq müəyyənləşdirmək mümkün deyil”, – deyə Mercedes pilotu sözlərini tamamlayıb.






Şərh əlavə et