L.Norris: Çətin sessiya idi

L.Norris: Çətin sessiya idi
  1. 1K. AntonelliMercedes380
  2. 2M. FerstappenRed Bull261
  3. 3L. HəmiltonFerrari259
  4. 4C. RassellMercedes250
  5. 5Ş. LeklerFerrari245
  6. 6L. NorrisMcLaren221
  7. 7O. PiastriMcLaren144
  8. 8İ. HəcərRed Bull107
  9. 9L. LousonRacing Bulls83
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi13
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes630
  2. 2Ferrari504
  3. 3Red Bull382
  4. 4McLaren365
  5. 5Racing Bulls108
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi27
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

McLaren komandasının pilotu Lando Norris çətin yağış şəraitində ən sürətli dövrəni vuraraq Braziliya Qran Prisində poul mövqeyini qazanıb.

İnterlaqosda keçirilən yağışlı sıralanma turunda rəqiblərini qabaqlayan Norris dəyişkən hava şəraitinə baxmayaraq, səhvə yol vermədən sessiyanı lider kimi başa vurduğunu bildirib.

Sessiyanı dəyərləndirən britaniyalı pilot bunları deyib.

Lando Norris: “Uzun bir gün oldu. Əla sıralanma sessiyası keçirdik. Ötən illə müqayisədə fərqli şəraitdə olsa da, burada ardıcıl ikinci il poul mövqeyini qazanmaq məni çox sevindirir.

Trasda şərait çətin idi. Xüsusilə yağışın daha da güclənəcəyini bildiyimiz anlarda vəziyyət mürəkkəbləşdi. Əsas məqsədimiz sessiyanın əvvəlində iki təmiz dövrə vurmaq və heç bir səhvə yol verməmək idi. Həqiqətən də bunu bacardıq.

Bu, bolidi yaş trasda ilk dəfə sürməyim idi, amma düşünürəm ki, şəraitə tez uyğunlaşdım. Çətin vəziyyət idi, çünki güclü yağış təkərlərindən keçid təkərlərinə qədər tamamilə fərqli variantları sınamalı olursunuz. Üstəlik, son dövrələrdə külək də gücləndi.

Bu sessiya mənim üçün çox faydalı oldu. Öyrəndiklərimi sabahkı yarışda da tətbiq edəcəyəm”.

Bunları da oxuyun

Şərh əlavə et