Sıralanma turunu ikinci pillədə başa vuran britaniyalı pilot start cəzasına görə yarışa yeddinci yerdən başlayacaq. O, sessiyadan sonra təəssüratlarını bölüşüb.
Corc Rassell: “Landoya təbriklərimi çatdırıram, amma yarımçıq saxladığım dövrə, şübhəsiz ki, mənə poul mövqeyini qazandıra bilərdi. Biz strategiya baxımından səhvə yol verdik.
Nəyin baş verdiyini anlamalıyıq. Yağışın yağacağı bəlli idi və dövrəni daha tez tamamlamalıydıq.
Yarışda nələrin baş verəcəyi hava şəraitindən asılı olacaq. Trasda özümü yaxşı hiss edirdim. Uzun müddətdən sonra ilk dəfə boliddə özümə bu qədər güvənirdim. Yaş asfaltda quru trasla müqayisədə özümü xeyli yaxşı hiss etdim. Bunun səbəbini tam anlaya bilmirəm.
Özümü əvvəlki kimi hiss edirdim və hər sürətli dövrədə poul uğrunda mübarizənin içində idim. Təəssüf ki, işlərin həqiqətən vacib olduğu anda düzgün qərar verə bilmədik”.






Şərh əlavə et