Antonelli: Poul şansımız var

Antonelli: Poul şansımız var
  1. 1K. AntonelliMercedes380
  2. 2M. FerstappenRed Bull261
  3. 3L. HəmiltonFerrari259
  4. 4C. RassellMercedes250
  5. 5Ş. LeklerFerrari245
  6. 6L. NorrisMcLaren221
  7. 7O. PiastriMcLaren144
  8. 8İ. HəcərRed Bull107
  9. 9L. LousonRacing Bulls83
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi13
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  1. 1Mercedes630
  2. 2Ferrari504
  3. 3Red Bull382
  4. 4McLaren365
  5. 5Racing Bulls108
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi27
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Kimi Antonelli Mercedes-in San-Paulu Qran Prisinin sıralanma turunda poul mövqeyi uğrunda mübarizə apara biləcəyini düşünür.

İnterlaqos trasında keçirilən ikinci sərbəst yürüşü lider kimi başa vuran Kimi Antonelli cümə günü komandasının performansını dəyərləndirib.

İtaliyalı pilot göstərdikləri nəticədən razı qaldığını və boliddə özünü rahat hiss etdiyini bildirib.

Kimi Antonelli:  “Pis sessiya olmadı. Bir dövrəlik sürətdə boliddən razı idim, amma uzun məsafəli sürüşlərdə üzərində işləməli olduğumuz bəzi məqamlar var. Ümumilikdə isə özümü yaxşı hiss edirəm.

Sabah poul uğrunda mübarizə aparmaq şansımız olduğunu düşünürəm. Amma hamımız bir-birimizə çox yaxınıq. McLaren də, Red Bull da çox güclüdür. Buna görə əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq.

Buradakı trasda sürmək həqiqətən çox xoşdur. Həftəsonunu daha bir əla nəticə ilə başa vurmaq möhtəşəm olardı. Buna nail olmaq üçün əlimdən gələni edəcəyəm”.

Antonellidən ilk döngədə yaşadığı çətin an və əyləcləmə nöqtəsində fərqli yanaşma sınayıb-sınamadığı da soruşulub.

Mercedes pilotu həmin hissədə əyləcləmə nöqtəsini müəyyənləşdirməyin çətin olduğunu bildirib. Daha gec əyləcləməyə çalışarkən bolidi bir qədər artıq yüklədiyini etiraf edib.

Kimi Antonelli: “Trasın həmin hissəsi kifayət qədər nahamardır, buna görə düzgün əyləcləmə nöqtəsini tapmaq asan deyil.

Asfaltla ilişmə artdıqca əyləcləmə nöqtəsini getdikcə daha irəli çəkməyə çalışırsınız. Amma tras çox nahamardır və əyləc təzyiqini idarə etmək də çətinləşir.

Həmin yerdə bir az daha çox risk etmək istəyirdim, amma bu dəfə həddi bir qədər aşdım”.

Bunları da oxuyun

Şərh əlavə et