Maks Ferstappen: Bolidimə antivirus yüklətmişəm

Maks Ferstappen: Bolidimə antivirus yüklətmişəm
  1. 1K. AntonelliMercedes380
  2. 2M. FerstappenRed Bull261
  3. 3L. HəmiltonFerrari259
  4. 4C. RassellMercedes250
  5. 5Ş. LeklerFerrari245
  6. 6L. NorrisMcLaren221
  7. 7O. PiastriMcLaren144
  8. 8İ. HəcərRed Bull107
  9. 9L. LousonRacing Bulls83
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi13
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  1. 1Mercedes630
  2. 2Ferrari504
  3. 3Red Bull382
  4. 4McLaren365
  5. 5Racing Bulls108
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi27
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Maks Ferstappen Braziliya Qran Prisi öncəsi gözlənilən yağışlı hava şəraiti və 2026-cı ildə yaşanan mühərrik proqram təminatı problemləri ilə bağlı zarafatla danışıb.

Braziliya Qran Prisi öncəsi keçirilən FİA-nın mətbuat konfransında çıxış edən Maks Ferstappen San-Pauluda gözlənilən yağış ehtimalını və 2026-cı il bolidlərinin ilk yaş tras sınağı zamanı Malayziyada ortaya çıxan mühərrik proqram təminatı problemini dəyərləndirib.

Sepanqda təhlükəsizlik avtomobilinin arxasında hərəkət zamanı gücün 250 kVt ilə məhdudlaşdırılması üçün nəzərdə tutulan proqram təminatındakı xəta səbəbindən elektrik mühərriklərinin bloklanması və bolidlərin trasda dayanması xatırladıldıqda Red Bull pilotu zarafatla bolidinə antivirus yüklətdiyini deyərək iştirakçıları güldürüb.

Eyni güc qurğusundan istifadə edən Racing Bulls pilotu Arvid Lindblad problemin artıq həll olunduğuna ümid etdiyini bildirəndə isə niderlandlı sürücü zarafatını davam etdirib: “Sən də eyni proqram təminatından istifadə edirsən, dostum. Narahat olma!”

2016, 2024 və ötən il Interlagosda gerilərdən başlayaraq həm yağışlı, həm də quru trasda yaddaqalan qələbələr qazanan Ferstappen bu trası çox bəyəndiyini vurğulayıb və həftəsonu ilə bağlı gözləntilərini bölüşüb: “Bolidimə antivirus yüklətmişəm, buna görə hər şeyin qaydasında olacağına ümid edirəm.

Amma bu həftəsonu ilə bağlı proqnoz vermək çətindir. Çünki ön qrupdakı fərqlər o qədər kiçikdir ki, bəzən hər şey cüzi sazlama dəyişikliklərindən və gücün düzgün paylanmasından asılı olur.

Son bir neçə ildə Braziliyada həmişə sprint formatlı həftəsonu keçirilib. İndi isə bolidi sazlamaq üçün bir qədər artıq vaxtımız olacaq. Bu, həm yaxşı, həm də pis nəticə verə bilər. Gözləyib görəcəyik”.

Bunları da oxuyun

Şərh əlavə et