Audi Braziliya Qran Prisi üçün xüsusi dizaynını təqdim edib

Audi Braziliya Qran Prisi üçün xüsusi dizaynını təqdim edib
  1. 1K. AntonelliMercedes380
  2. 2M. FerstappenRed Bull261
  3. 3L. HəmiltonFerrari259
  4. 4C. RassellMercedes250
  5. 5Ş. LeklerFerrari245
  6. 6L. NorrisMcLaren221
  7. 7O. PiastriMcLaren144
  8. 8İ. HəcərRed Bull107
  9. 9L. LousonRacing Bulls83
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi13
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  1. 1Mercedes630
  2. 2Ferrari504
  3. 3Red Bull382
  4. 4McLaren365
  5. 5Racing Bulls108
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi27
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Audi Gabriel Bortoletonun ev yarışı olan San-Paulo Qran Prisi üçün şəhərin simvollarından ilhamlanan xüsusi rəng çalarını təqdim edib.

Braziliyalı pilotun Audi ilə İnterlaqosda ilk ev yarışı öncəsi almaniyalı istehsalçı əsas sponsorlarından biri olan Revolut ilə əməkdaşlıq çərçivəsində hazırlanmış xüsusi rəng çalarını nümayiş etdirib. Yeniliklər təkcə bolidlə məhdudlaşmayıb. Pilotların kombinezonları, pit heyətinin geyimləri və boksun vizual tərtibatı da bu konsepsiyaya uyğunlaşdırılıb.

Dizayn San-Paulunun simvolik səkilərində istifadə olunan “Piso Paulista” adlı həndəsi naxışlardan ilhamlanaraq hazırlanıb. Daha əvvəl təqdim edilən xüsusi kart və geyim kolleksiyasından sonra bu layihə konsepsiyanın tras üzərindəki davamı olub. Gabriel Bortoleto və komanda yoldaşı Niko Hülkenberq həftəsonu boyunca xüsusi dizaynlı geyimlərlə mübarizə aparacaqlar.

Layihənin ideyasını açıqlayan Audi-nin brend və kommersiya rəhbəri Stefano Battiston əməkdaşlığın əhəmiyyətini vurğulayıb: “San-Paulunun özünəməxsus və fərqli kimliyi var. Biz də bu yarışa gətirdiyimiz hər bir detalda həmin kimliyin əks olunmasını istəyirdik.

Revolut ilə birlikdə hazırladığımız xüsusi Audi R26 dizaynı, kart tərtibatı və Adidas Sampa Soul kolleksiyasından sonra bu hekayəni birbaşa traslara daşıyır. Pilotların kombinezonları və qarajın vizual tərtibatı da bu ortaq məqsədi tamamlayır.

Bu layihə tərəfdaşlarımızı bir araya gətirdikdə nələr yarada biləcəyimizi çox yaxşı göstərir. Hər kəs öz təcrübəsini ortaya qoyur və nəticədə tamamilə əlaqəli, bütöv bir konsepsiya yaranır.

Gabinın ev yarışında bu layihə komanda olaraq kim olduğumuzu və azarkeşlərlə necə əlaqə qurduğumuzu ifadə edən xüsusi məna daşıyacaq”.

Bunları da oxuyun

Şərh əlavə et