L.Həmilton: Lekler mənimlə daha sərt mübarizə aparır

L.Həmilton: Lekler mənimlə daha sərt mübarizə aparır
  1. 1K. AntonelliMercedes380
  2. 2M. FerstappenRed Bull261
  3. 3L. HəmiltonFerrari259
  4. 4C. RassellMercedes250
  5. 5Ş. LeklerFerrari245
  6. 6L. NorrisMcLaren221
  7. 7O. PiastriMcLaren144
  8. 8İ. HəcərRed Bull107
  9. 9L. LousonRacing Bulls83
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi13
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  1. 1Mercedes630
  2. 2Ferrari504
  3. 3Red Bull382
  4. 4McLaren365
  5. 5Racing Bulls108
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi27
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Lyuis Həmilton Meksika Qran Prisinin ilk dövrəsində baş verən təmasdan sonra komanda yoldaşı Şarl Leklerin ona digər rəqibləri ilə müqayisədə daha sərt mübarizə apardığını bildirib.

Meksika Qran Prisinin ilk dövrəsində Lyuis Həmilton komanda yoldaşı Şarl Leklerlə mübarizəyə girib. Nəticədə hər iki pilot trasdan kənara çıxıb və hadisə Ferrari üçün xoşagəlməz vəziyyət yaradıb.

Meksikadakı insident Leklerin komanda yoldaşına qarşı digər pilotlarla müqayisədə daha sərt mübarizə apardığı barədə müzakirələrə səbəb olub. Belə ki, Sinqapur Qran Prisində monakolu sürücü poul mövqeyindəki Maks Ferstappenin tam daxili trayektoriyasında olmasına baxmayaraq, startda geri çəkilib. Lakin növbəti yarışda, ABŞ Qran Prisində Ferstappenlə son dərəcə aqressiv mübarizə apararaq COTA trasının Esses döngələrində onu xarici trayektoriyadan keçib.

Yeddiqat Dünya Çempionu Leklerin digər rəqibləri ilə müqayisədə ona qarşı daha aqressiv davrandığı fikri ilə razılaşdığını bildirib. Həmilton əvvəllər Sebastyan Fettel və Karlos Saynsla da oxşar vəziyyətlər yaşadığını xatırladıb.

Təcrübəli pilot komanda rəhbəri Fred Vasseur ilə yaşanan insident və trasdakı mübarizə qaydaları barədə hələ ətraflı müzakirə aparmağa imkan tapmadıqlarını deyib. Yarış zamanı radio danışıqlarına görə ünvanlanan tənqidlərə də cavab verən Həmilton emosiyalarını gizlətməyəcəyini və onu heç kimin susdura bilməyəcəyini vurğulayıb.

Braziliya Qran Prisi öncəsi danışan Həmilton belə deyib: “Sizin gördüklərinizi mən də görürəm. Sinqapurda ilk döngəyə daxil olarkən o, tam daxili trayektoriyada idi və liderliyi ələ keçirə bilərdi, amma geri çəkildi. Rəqiblərinə qarşı davranışı ilə mənə qarşı münasibəti arasında açıq fərq var.

Ancaq onun komanda yoldaşlarına baxsanız, Sebastyan Fettel və Karlos Saynsla da eyni vəziyyətin yaşandığını görərsiniz. Təbii ki, hadisə baş verəndə incimişdim və hələ də incikliyim qalır.

Vaxtımız olanda komanda daxilində müzakirə etməli olduğumuz məsələləri danışacağıq. Komanda olaraq qələbə qazanmaq şansımız var idi. Son üç-dörd yarışda hamıdan çox xal toplamışdıq və bu yarışı rahatlıqla ilk iki yerdə başa vura bilərdik. Bunun bir daha təkrarlanmaması üçün çalışmalıyıq”.

Meksika Qran Prisindəki hadisədən sonra radio vasitəsilə Leklerə verilən 5 saniyəlik cəzanın kifayət etmədiyini deyən və bu açıqlamasına görə tənqid olunan Həmilton sözlərinə belə davam edib: “Radio danışıqlarım barədə insanların nə düşündüyü həqiqətən də vecimə deyil. Emosiyalarımı gizlətmirəm, həmin anda nə hiss edirəmsə, onu deyirəm.

Bəzi insanların dediklərimin əvvəlcədən hesablanmış olduğunu və siyasi oyun oynadığımı iddia etdiyini gördüm. Amma yarış zamanı nəbziniz dəqiqədə 170 vurur və saatda 320 kilometr sürətlə hərəkət edirsiniz. Belə bir vəziyyətdə mətbuatın haqqınızda nə yazacağını düşünməyə vaxtınız olmur.

Əlbəttə, bəzən sonradan peşman ola biləcəyiniz sözlər deyə bilərsiniz. Amma mən peşman deyiləm. Dürüst və açıq danışdığıma görə heç vaxt üzr istəməyəcəyəm. Məni heç kim susdura bilməz və indiyə qədər də bunu bacarmayıb”.

Bunları da oxuyun

Şərh əlavə et