C.Rassell: Mənimkinə bəxtsizlik demək axmaqlıq olar

C.Rassell: Mənimkinə bəxtsizlik demək axmaqlıq olar
  1. 1K. AntonelliMercedes380
  2. 2M. FerstappenRed Bull261
  3. 3L. HəmiltonFerrari259
  4. 4C. RassellMercedes250
  5. 5Ş. LeklerFerrari245
  6. 6L. NorrisMcLaren221
  7. 7O. PiastriMcLaren144
  8. 8İ. HəcərRed Bull107
  9. 9L. LousonRacing Bulls83
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi13
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  1. 1Mercedes630
  2. 2Ferrari504
  3. 3Red Bull382
  4. 4McLaren365
  5. 5Racing Bulls108
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi27
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Ardıcıl etibarlılıq problemləri ilə yadda qalan çətin mövsümdən sonra Corc Rassell zehni baxımdan tükəndiyini etiraf edib və komandasını öz fəaliyyətinə daha ciddi nəzər salmağa çağırıb.

Meksika Qran Prisində qələbə şansını növbəti dəfə texniki nasazlıq səbəbindən itirən Corc Rassell Braziliyada mətbuatın suallarını cavablandırarkən bu mövsüm üzləşdiyi ardıcıl problemlərlə bağlı sərt açıqlamalar verib.

Britaniyalı pilot mühəndisləri ilə birlikdə mövsümün hər yarışını təhlil etdiklərini və 20 yarışın yalnız altısında problemsiz həftəsonu keçirə bildiklərini bildirib. Rassell 14 yarışda yaşanan problemləri sadəcə bəxtsizliklə izah etməyin mümkün olmadığını vurğulayıb.

Komanda yoldaşı Kimi Antonelliyə qarşı çempionluq mübarizəsində məğlub olmağın və hər dəfə yenidən ayağa qalxmaq məcburiyyətində qalmağın onu zehni baxımdan yorduğunu etiraf edən Rassell bütün məyusluğuna baxmayaraq, 2027-ci ildə yenidən çempionluq uğrunda mübarizə aparacağına söz verib.

Meksika Qran Prisində qələbə uğrunda mübarizə apararkən yenidən özündən asılı olmayan texniki problemlə üzləşməsinin qəbuledilməz olduğunu bildirən Corc Rassell etibarlılıq məsələlərini belə şərh edib: “Meksika yarışından sonra həftəsonunun ümumi gedişatına görə böyük məyusluq yaşadım.

İkinci yerdən start götürərək ilk döngədə liderliyi ələ keçirmək və qələbə uğrunda mübarizə aparmaq üçün əla imkanımız var idi. Lakin yenə də nəzarətimizdən kənar bir problemlə üzləşmək bunu qəbul etməyi çox çətinləşdirdi.

Bu mövsüm mühəndislərimlə birlikdə bütün yarışları ayrı-ayrılıqda təhlil etdik və cəmi altı həftəsonunu problemsiz keçirdiyimizi gördük. Haradan baxırsınızsa baxın, bu, inanılmaz nəticədir.

Baş verənlərin bəxtsizlik olduğunu düşünürəm. Amma bunu izah kimi qəbul edə bilmirəm, çünki mənə mənasız gəlir. Bəxtsizlik bir, iki, bəlkə də üç dəfə baş verə bilər. Amma 20 yarışın 14-də problem yaşamaq artıq həddindən artıq çoxdur.

Özümüzə qarşı sərt olmalı, hansı sahələrdə inkişaf edə biləcəyimizi müəyyənləşdirməliyik. Həmçinin bu problemlərdə öz hazırlığımızdakı çatışmazlıqların payının olub-olmadığını düşünməliyik. Komandamla bütün bunları təhlil edəcəyik və işlərin yenidən qaydasına düşəcəyinə şübhəm yoxdur”.

Çempionluq mübarizəsində ardıcıl zərbələr almağın psixoloji yükündən və gələn mövsümlə bağlı gözləntilərindən danışan təcrübəli pilot vəziyyəti belə dəyərləndirib: “Bu mövsüm daim özümü toparlayıb yenidən ayağa qalxmalı olduğum üçün zehni baxımdan bir qədər tükənmiş hiss edirəm.

Yerə yıxılırsınız, yenidən ayağa qalxırsınız, sonra bir daha yıxılırsınız və yenə qalxmalı olursunuz. Mən bunun mövsüm ərzində bəlkə də iki dəfə baş verəcəyini düşünürdüm, hər iki həftədən bir yox.

Üç həftə evdən uzaqda olduğunuz bir dövrdə Meksikadakı kimi qələbə və ya podium şansınızın tamamilə özünüzdən asılı olmayan səbəblərlə əlinizdən alınması ilə barışmaq çox çətindir.

Braziliya gözəl xatirələrimin olduğu və sevdiyim yerdir. Amma düzünü desəm, bura böyük gözləntilərlə gəlmirəm. İdmanda və ya həyatda heç kim hər ilini möhtəşəm keçirə bilməz. Ən böyük idmançıların belə çətin mövsümləri olur.

Lyuis Həmilton da tarixin ən yaxşı pilotlarından biri olmasına baxmayaraq, çətin illər yaşayıb. Əsas məsələ belə mövsümlərdən necə geri qayıtmaq, özünəinamı və cəsarəti necə qorumaqdır.

Mən hələ də özümə inanıram və gələn il yenidən mübarizənin mərkəzində olacağımıza əminəm”.

Bunları da oxuyun

Şərh əlavə et