Lakin McLaren bu komandalar sırasında deyil. Britaniya təmsilçisi San-Pauluya avtomobilin müxtəlif hissələrini əhatə edən bir sıra ciddi aerodinamik yeniliklər gətirib.
İlk növbədə, MCL40 həm ön, həm də arxa qanadın yeni versiyası ilə təchiz olunub. Komanda xüsusi olaraq vurğulayır ki, söhbət bu vacib aerodinamik elementlərin ayrı-ayrı hissələrinin təkmilləşdirilməsindən deyil, qanadların bütövlükdə yeni konstruksiyasından gedir.
Ön qanadla bağlı komandanın açıqlamasında deyilir: “Tamamilə yeni konstruksiya avtomobilin altlığına və kuzov elementlərinə yönələn hava axınının təsirini yaxşılaşdırmaq üçün hazırlanıb. Nəticədə aerodinamik səmərəliliyin artırılması hədəflənir”.
Arxa qanad isə mövsümün Braziliya mərhələsi üçün xüsusi hazırlanıb. Komandanın hesablamalarına görə, bu konstruksiya istənilən hava şəraitində effektiv asfaltayatma qüvvəsi yaratmalıdır.
Bundan əlavə, köməkçi arxa qanad da yenilənib. Bunun səbəbi onun yuxarıda qeyd olunan əsas arxa qanadla birlikdə işləməli olmasıdır.
Nəhayət, avtomobilin altlığında “furnitura” adlandırılan bəzi köməkçi elementlər də təkmilləşdirilib. Bu dəyişikliklər hava axınının daha yaxşı yönləndirilməsinə və altlığın ümumi aerodinamik səmərəliliyinin artırılmasına xidmət edir.






Şərh əlavə et