Volf mövsümə çox güclü başladıqlarını və məhz bu uğurlu başlanğıcın onları çempionluğa apardığını deyib.
Braziliya Qran-prisindəki bayram tədbirlərindən əvvəl danışan Toto Volff fikirlərini belə ifadə edib: “Bu, həqiqətən də inanılmaz hissdir.
Mövsümün əvvəlində çox güclü çıxış etdik və bu, müəyyən mənada bizi çempionluğa çatdırdı. Son bir neçə yarış bəzən çətin keçdi. Bu gün də asan olmadı. Amma ümumilikdə komandamızla, hər bir əməkdaşımızla fəxr edirəm.
Yenidən zirvəyə qayıtmağımız bir neçə il çəkdi. Belə vəziyyətdən geri dönməyi bacaran komandaların sayı çox azdır. Bu, gördüyümüz işin, qazandığımız uğurun və komandamızda nə qədər möhtəşəm insanların olduğunun göstəricisidir. Onların arasında olmaqdan həqiqətən çox xoşbəxtəm”.






Şərh əlavə et