FIA üçüncü ADUO qiymətləndirməsinin nəticələrini açıqlayıb

FIA üçüncü ADUO qiymətləndirməsinin nəticələrini açıqlayıb
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

FIA 2026-cı il Formula 1 mövsümünün 12-ci və 18-ci yarışları arasındakı dövrü əhatə edən üçüncü ADUO qiymətləndirməsinin nəticələrini açıqlayıb. Təhlillər nəticəsində güc qurğusu istehsalçılarının performans fərqlərində dəyişikliklər qeydə alınsa da, heç bir istehsalçıya əlavə inkişaf imkanı verilməyib.

FIA 2026-cı il Formula 1 texniki reqlamentinin bir hissəsi olan ADUO mexanizmi çərçivəsində bu mövsümün üçüncü qiymətləndirmə mərhələsini başa çatdırıb.

ADUO sistemi daxiliyanma mühərriki üzrə ən yaxşı istehsalçıdan ən azı 2 faiz geri qalan güc qurğusu istehsalçılarına əlavə inkişaf imkanı yaradır. Bu çərçivədə istehsalçılar həm cari, həm də növbəti mövsüm üçün güc qurğularını əlavə olaraq təkmilləşdirə bilirlər. Bundan başqa, büdcə limiti və dinamometr sınaqları üçün əlavə imkanlar əldə edirlər.

Sistemə əsasən, performans fərqləri mövsüm ərzində üç ayrı mərhələdə qiymətləndirilir. İlk yoxlama Kanada Qran Prisindən, ikinci Macarıstan Qran Prisindən, üçüncü isə ABŞ Qran Prisindən sonra başa çatıb.

FIA-nın açıqladığı son nəticələrə görə, 2026-cı il mövsümünün 12-18-ci yarışlarını əhatə edən üçüncü mərhələdə istehsalçıların ən yaxşı daxiliyanma mühərriki ilə müqayisədə performans fərqləri dəyişib. Lakin bu dəyişikliklər heç bir istehsalçıya yeni inkişaf imkanı verilməsini tələb edəcək səviyyəyə çatmayıb.

FIA güc qurğularının performans indeksləri ilə bağlı ölçmələrin məxfi saxlanıldığını əsas gətirərək istehsalçılar arasındakı fərqlər barədə əlavə məlumat açıqlamayacağını da bildirib.

İlk qiymətləndirmədə Mercedes, Audi, Ferrari və Honda əlavə imkanlar qazanmışdı

2026-cı il mövsümünün ilk ADUO qiymətləndirməsində Mercedes-in ən yaxşı daxiliyanma mühərrikinə sahib Red Bull-dan 2-4 faiz geri qaldığı müəyyən edilmişdi. Bu nəticəyə əsasən, Mercedes 2026-cı ildə bir, 2027-ci ildə isə əlavə bir inkişaf imkanı qazanmışdı. Komanda, həmçinin büdcə limiti və dinamometr sınaqları üçün əlavə imkanlar əldə etmişdi.

Audi, Ferrari və Honda isə performans fərqi 4 faizdən çox olan istehsalçılar kimi qiymətləndirilmişdi. Bu üç istehsalçının hər birinə həm 2026, həm də 2027-ci il mövsümləri üçün iki əlavə inkişaf imkanı verilmişdi.

İkinci qiymətləndirmə mərhələsində heç bir güc qurğusu istehsalçısına əlavə inkişaf imkanı tanınmamışdı. Üçüncü mərhələdə də eyni nəticə təkrarlanıb.

FIA ADUO sistemini təkmilləşdirməyə davam edəcək

FIA-nın Təkoturacaqlı Yarış Seriyaları üzrə direktoru Nikolas Tombazis qiymətləndirmə prosesinin geniş təhlillərə əsaslandığını və əldə olunan nəticələrə etibar etdiklərini bildirib.

Tombazis ADUO sisteminin Formula 1 üçün doğru addım olduğunu düşündüklərini, lakin gələcəkdə daha səmərəli olması üçün təkmilləşdirmələrin davam etdiriləcəyini vurğulayıb: “FIA bu il ADUO qiymətləndirməsi çərçivəsində geniş təhlillər aparıb. Məlumatların keyfiyyəti və qiymətləndirmə prosesinin etibarlılığı sayəsində əldə etdiyimiz nəticələrə və verdiyimiz qərarlara güvənirik.

Sistemin ilk tətbiq ili ADUO yanaşmasının Formula 1 üçün doğru seçim olduğuna dair inamımızı daha da gücləndirib. Bununla belə, sistemin səmərəli, aktual və məqsədinə uyğun qalması üçün inkişaf etdirilməsi vacibdir.

Bu istiqamətdə ADUO-nun gələcək mövsümlərdə də effektiv tətbiqini təmin edəcək metodoloji təkmilləşdirmələr üzərində güc qurğusu istehsalçıları və komandalarla sıx əməkdaşlıq edirik”.

Növbəti ADUO qiymətləndirməsi 2027-ci il mövsümündə keçiriləcək və Bəhreyndən Mayamiyə qədər olan ilk altı yarışı əhatə edəcək.

Bunları da oxuyun

Şərh əlavə et