Fernando Alonso 2027-ci il Dakar Rallisində Aston Martin ilə mübarizə aparacaq

Fernando Alonso 2027-ci il Dakar Rallisində Aston Martin ilə mübarizə aparacaq
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Fernando Alonso Aston Martin-in baza komandası kimi iştirak edəcəyi Dakar Rallisində Sebastyan Löb və Lukas Moraes ilə komanda yoldaşı olacaq.

 

Fernando Alonso Dakar Rallisinin 49-cu mövsümündə Prodrive tərəfindən hazırlanan Aston Martin Dreadnought-un sükanı arxasına keçəcək. 9-23 yanvar 2027-ci il tarixlərində keçiriləcək yarış Portuqaliya və Mərakeş ərazisində təşkil olunacaq.

Alonso 2020-ci ildə Toyota ilə iştirak etdiyi ilk Dakar Rallisində təsirli çıxış edərək ümumi sıralamada 13-cü yeri tutmuş, səkkizinci mərhələdə isə ikinci olmuşdu.

Dakar Rallisə qayıtmaq qərarı barədə danışan Fernando Alonso bildirib: “Aston Martin Aramco Formula 1 komandası ilə Formula 1-də yarışmağa davam etmək qərarı verdikdən sonra Dakar haqqında da ətraflı düşündüm.

Nəticədə qərar vermək asan oldu. Bu çağırışı qəbul etmək və eyni ildə həm Formula 1-də, həm də Dakar Rallisində yarışmaq istədim. 2020-ci ildə Dakar karyeramın ən çətin və ən zövqlü təcrübələrindən biri olub. Bu yarışı uğurla başa vuranlara böyük hörmətim var.

Markın yenidən yanımda olması çox vacibdir. Aston Martin, Prodrive, Sebastyan və Lukas ilə birlikdə möhtəşəm komandaya sahibik.

Əlbəttə, Formula 1 mənim əsas prioritetim olaraq qalır. Lakin mən yarış pilotuyam və bu cür çağırışlar mənə niyə yarışmağı sevdiyimi xatırladır. Nələrə nail ola biləcəyimizi görmək üçün səbirsizlənirəm”.

Alonso Formula 1 karyerasına fokuslanmağa davam etsə də, uzun müddətdir Dakar Rallisə qayıtmaq arzusunda olduğunu bildirirdi. Sentyabr ayında Aston Martin ilə müqaviləsini uzatmasından sonra onun 2027-ci il Dakar Rallisində iştirak edəcəyi ilə bağlı şayiələr daha da güclənmişdi.

İspaniyalı pilotun Mərakeş 2027-ci il Dakar Rallisinin əsas ev sahibi ölkəsi elan edilməmişdən əvvəl, oktyabr ayında həmin ölkədə avtomobilin prototip versiyası ilə sınaqlar keçirdiyi də məlumdur.

Alonsonun iştirakı çərşənbə axşamı Aston Martin-in tarixində ilk dəfə dünyanın ən böyük ralli-reyd yarışı olan Dakar Rallisində zavod komandası kimi çıxış edəcəyini açıqlaması ilə rəsmiləşib.

Britaniya istehsalçısı ümumi qələbə uğrunda mübarizə aparmaq üçün avtoidmanın mühüm mühəndislik şirkətlərindən biri olan Prodrive ilə əməkdaşlıq edəcək. Bu tərəfdaşlıq markanın GT yarışlarını və əvvəlki prototip layihələrini də əhatə edən mövcud əməkdaşlığının davamıdır.

Aston Martin-in yarışacağı avtomobil Dreadnought adlanır. Bu ad ilk dəfə məşhur Call of Duty videooyun seriyası üçün yalnız rəqəmsal mühitdə hazırlanmış hərbi texnika konsepsiyasından götürülüb.

Aston Martin-in baş icraçı direktoru Adrian Holmark yeni layihə barədə belə danışıb: “Aston Martin Dreadnought ən çətin şəraitdə istənilən ərazidə üstünlük qazanmaq və qarşısına çıxan bütün maneələri dəf edərək missiyasını yerinə yetirmək üçün hazırlanıb.

İndi mühəndislik tərəfdaşımız Prodrive ilə birlikdə bu konsepsiyanı qlobal avtoidmanın ən çətin rəqabət mühitində — 2027-ci il Dakar Rallisində sınaqdan keçirəcəyik.

İnnovativ konsepsiyalar üzərində işləmək və həmişə etdiyimiz kimi onların imkanlarının sərhədlərini qlobal səviyyədə yoxlamaq Aston Martin-in təbiətində var.

Biz bu cür çətinliklərdən qaçmırıq, əksinə, onları qəbul edirik. Fernando, Sebastyan və Lukas kimi üç böyük çempionla birlikdə 2027-ci il Dakar Rallisində çox güclü mübarizə aparacağıq”.

Aston Martin doqquzqat Dünya Ralli Çempionu Sebastyan Löbün təcrübəsindən də yararlanacaq. Fransalı pilot 2021-ci ildən etibarən əvvəlcə Bahrain Raid Xtreme, daha sonra isə Dacia komandası ilə Prodrive-ın tərkibində çıxış edib.

Sebastyan Löb Dakar hədəfi barədə danışarkən bildirib: “Dakar Rallisində qalib gəlmək mənim üçün çox vacibdir.

Bir neçə dəfə bu məqsədə çox yaxınlaşmışıq və ona çatana qədər çalışmağa davam etmək üçün motivasiyamızı qoruyuruq. Bu mübarizəyə Aston Martin və Dreadnought ilə qoşulmaq əla fürsətdir. Onlara ilk Dakar qələbəsini qazandırmağa kömək etmək mənim üçün böyük qürur olar.

Bu yarış dəfələrlə sübut edib ki, burada sürətdən daha çox şey tələb olunur. Çətin günlərin öhdəsindən gəlməli, avtomobilə yaxşı baxmalı və finişədək konsentrasiyanı qorumalısan. Fabien, həmçinin Fernando və Lukasla birlikdə bütün təcrübəmizi komanda şəklində proqramın hazırlıq və təkmilləşdirmə işlərinə yönəldəcəyik.

Yeni avtomobillə öyrənməli olduğumuz çox şey var və mühəndislərlə birlikdə bu işi görməkdən zövq alıram. Məqsədimiz start xəttinə qələbə uğrunda mübarizə aparmağa hazır vəziyyətdə gəlməkdir”.

Bunları da oxuyun

Şərh əlavə et