Yaşıl işıqların yanması ilə pilotlar trasa çıxıb və Q1 mübarizəsi başlayıb.
Q1
Yohan Zarko ilk dövrələrdə 1:57.341 nəticə göstərərək tempi müəyyənləşdirib. Sessiyanın son dəqiqələrinə qədər sıralamada ciddi dəyişiklik olmayıb. Françesko Banyaya 1:57.561-lik dövrə ilə ikinci, Luka Marini isə üçüncü yerdə qərarlaşıb.
Q1-in başa çatmasına iki dəqiqə qalmış Banyaya nəticəsini 1:57.552-yə qədər yaxşılaşdırsa da, mövqeyini dəyişə bilməyib. Dieqo Moreyra ondan 0,181 saniyə geri qalaraq üçüncü yerə yüksəlib. Lakin Luka Marini son dövrələrdə yenidən üçüncü pilləni ələ keçirib.
Damalanmış bayrağın dalğalanmasından sonra Luka Marini sürətli dövrə vurmağa çalışsa da, temp itirdikdən sonra cəhdini yarımçıq dayandırıb.
Beləliklə, Q2-yə yüksələn pilotlar Yohan Zarko və Françesko Banyaya olublar.
Çempionluğun əsas namizədlərindən olan Xorxe Martinin biləyindəki zədə səbəbindən Malayziya Qran-prisində iştirak etməyəcəyi açıqlanıb.
Q2
Qısa fasilədən sonra yaşıl işıqlar yanıb və poul mövqeyi uğrunda mübarizə başlayıb.
İlk sürətli dövrələrdən sonra Aleks Markes 1:56.697 nəticə göstərərək liderliyi ələ keçirib. Mark Markes 0,267 saniyə geridə ikinci, təxminən yarım saniyə fərqlə Pedro Akosta isə üçüncü yerdə qərarlaşıb.
İlk cəhdlərdən sonra ön sıralardakı bütün pilotlar məlumatları təhlil etmək üçün boksa qayıdıblar.
Təxminən iki dəqiqə sonra mübarizə yenidən başlayıb. Banyaya 1:57.287-lik dövrə ilə altıncı pilləyə yüksəlib.
Sessiyanın son dövrələrində liderlik bir neçə dəfə dəyişib. Əvvəlcə Marko Bezzekki 1:56.668 nəticə ilə ilk sıraya yüksəlib. Lakin qısa müddət sonra Ay Oqura 1:56.617-lik dövrə ilə liderliyi ələ keçirib.
Mark Markes 1:56.563 nəticə ilə poul uğrunda mübarizəyə qoşulsa da, son sözü qardaşı Aleks Markes deyib. Aleks 1:56.493-lük dövrə ilə poul mövqeyini qazanıb.
Beləliklə, sıralanma turunu Aleks Markes birinci, Mark Markes ikinci, Pedro Akosta isə üçüncü yerdə başa vurub.




Şərh əlavə et