FIA stüardları güc qurğusunda aparılan dəyişikliklərə görə Las-Veqas Qran Prisində start cərgəsində geriyə düşəcək beş sürücünün adını rəsmən açıqlayıb. Ötmə imkanlarının çox olduğu bu həftəsonunda komandalar strateji baxımdan belə cəzaları seçiblər. Nəticədə bir neçə sürücü sıralanma turundan sonra start düzülüşündə geriyə düşəcək.
Mövsüm ərzində icazə verilən dörd daxiliyanma mühərriki limitini aşaraq beşinci mühərrikdən istifadə etməyə başlayan McLaren pilotu Oskar Piastri və avtomobilinə yeni enerji saxlama qurğusu ilə idarəetmə elektronikası quraşdırılan Aston Martin sürücüsü Ləns Stroll Las-Veqasda 10 yerlik start cəzası alacaqlar.
Williams avtomobilində də icazə verilən dörd turbokompressor limiti aşılıb və beşinci turbokompressor quraşdırılıb. Buna görə Karlos Sayns da start düzülüşündə 10 yer itirəcək.
Mövsümün altıncı daxiliyanma mühərrikindən istifadə etməyə başlayan Mercedes pilotu Kimi Antonelli beş yerlik start cəzası alıb. Avtomobilində daxiliyanma mühərriki, turbokompressor və egzoz sistemi dəyişdirilən Haas sürücüsü Oli Berman isə yarışa start düzülüşünün ən arxasından başlayacaq.






Şərh əlavə et