Okon Aston Martin yolundadır

Rauf Hacıyev 8 saat əvvəl
Okon Aston Martin yolundadır
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Haas ilə yollarını Meksika Qran Prisində ayıran Esteban Okonun Formula 1-ə qayıtması üçün yeni fürsət yaranıb. RacingNews365-in mənbələrinə istinadən yaydığı məlumata görə, fransalı pilot Aston Martin ilə üçüncü pilot vəzifəsi üçün razılığa gəlib.

Məlumata əsasən, 30 yaşlı sürücü Aston Martin-in Silverstoundakı bazasına baş çəkib və onun üçün kokpit ölçüləri götürülüb.

Fransalı pilotun Əbu Dabi Qran Prisindən sonra Yas Marina trasında keçiriləcək testlərdə iştirakı gözlənilir. Okon ilə Aston Martin arasındakı razılaşmanın rəsmi açıqlamasının da həmin dövrdə verilə biləcəyi bildirilir.

Aston Martin iddiaları təsdiqləməyib

Aston Martin tərəfi isə Las-Veqasda mövzu ilə bağlı ünvanlanan suala ehtiyatla yanaşıb. Komandanın nümayəndəsi Okon ilə razılaşma əldə edildiyi barədə xəbərləri təsdiqləməyib və bunları deyib: “Aston Martin-ə qoşulmaq istəyən pilotlardan mütəmadi olaraq müraciətlər alırıq. Lakin siyasətimizə uyğun olaraq şayiə və ehtimallarla bağlı şərh vermirik”.

Bunları da oxuyun

Şərh əlavə et