Red Bull-dan 2 faizdən çox geri qaldığı müəyyən edilən və ADUO sistemi çərçivəsində mövsüm ərzində yeniləmə hüququ qazanan Mercedes yeni turbo qurğusunu bu həftəsonu Las-Veqas Qran Prisində sınaqdan keçirəcək.
ABŞ Qran Prisinə çatdırılmadığı üçün təxirə salınan yenilik məhdud performans artımı və start cəzası riski yaratdığına görə yalnız dünya çempionu Andrea Kimi Antonellinin W17 avtomobilinə quraşdırılacaq.
Mövsüm ərzində yaşadığı etibarlılıq problemləri səbəbindən güc qurğusu limitini aşan Corc Rassell də bu yenilikdən istifadə etsəydi, start düzümündə cəza alacaqdı. Rassel hazırda pilotlar çempionatında 262 xalla Maks Ferstappendən 17 xal geri qalaraq üçüncü, Lyuis Hemiltonu isə cəmi bir xal qabaqlayaraq üçüncü yerdədir.
Mercedes-in komanda rəhbəri Toto Volff qərarın səbəbini belə izah edib: “ADUO çərçivəsində hazırladığımız turbo yeniliyi Las-Veqas həftəsonunda hazır olacaq.
Gözlənilən performans artımı nisbətən az olduğundan bu addım, əslində, yeniliyi yarış şəraitində sınaqdan keçirmək məqsədi daşıyır. Buna görə də onu Kiminin avtomobilində istifadə etməyi planlaşdırırıq.
Corca gəlincə, əsas prioritetimiz onun start mövqeyini qorumaqdır. Yenilikdən onun avtomobilində istifadə etməyəcəyik, çünki gözlənilən performans artımı start cəzası almağa dəyməz”.
Toto Volf bir neçə gün əvvəl də komandanın əsas məqsədinin Corc Rasselə pilotlar çempionatında mümkün qədər yaxşı mövqe tutmağa kömək etmək, mövsümü güclü başa vurmaq və avtomobilin performansını artırmaq olduğunu bildirmişdi.






Şərh əlavə et