Ferrari bununla da mövsüm ərzində keçirməli olduğu dörd debütant pilot yürüşünü tamamlayacaq.
Dino Beqnoviç daha əvvəl İspaniyada Lyuis Həmiltonu, Avstriya və Braziliyada isə Şarl Lekleri əvəz etmişdi. Las-Veqasda da Həmiltonun yerinə trasda olacaq Beqnoviçin iştirakı ilə Ferrari debütant pilotlarla bağlı öhdəliklərini yerinə yetirmiş olacaq.
Formula 1-in idman qaydalarına əsasən, hər komanda hər mövsüm hər avtomobil üzrə ən azı iki ilk sərbəst yürüşdə debütant pilota şans verməlidir. Beləliklə, komandalar mövsüm ərzində ümumilikdə dörd məcburi debütant yürüşü keçirməlidirlər.
Las-Veqasda ilk sərbəst yürüşdə iştirak edəcək yeganə ehtiyat pilot Beqnoviç olmayacaq. Haas da mövsüm başa çatmamış debütant pilotlarla bağlı öhdəliklərini yerinə yetirmək üçün Oliver Bermanın əvəzinə Ryo Hirakavanı trasa çıxaracaq.






Şərh əlavə et