Xəbəri Kokpitdə Oxuyun!

L.Norris: Bunu gözləyirdik

Çempionatın lideri Lando Norris Qətərdə cümə axşamı keçirilən mətbuat konfransında bildirib ki, Las Veqas mərhələsindəki diskvalifikasiya onun üçün gözlənilməz olmayıb.

Kokpit.az xatırladır ki, britaniyalı sürücü Las Veqas yarışını ikinci yerdə bitirsə də, nəzarət taxtası həddən artıq yeyildiyi üçün diskvalifikasiya olunub.

Lando Norris: “Biz bunun mümkünlüyünü anlayırdıq və baş verənlər bizi şoka salmadı, gözlənilməz olmadı. Belə nəticəyə hazır idik. Yarışdan sonra vəziyyəti ətraflı təhlil edib, nəyin yaxşı, nəyin pis alındığını və harada artım edə biləcəyimizi müzakirə etdik. Qalan məsələlərə isə kifayət qədər normal yanaşdıq. Əlbəttə, bu, ağrılı və xoşagəlməz hal idi. Komandadakı hər kəs, mən də daxil, hər həftəsonu maksimum səy göstərir. Mexaniklər, mühəndislər, rəhbərlik, mən – McLaren-də hamı məyus idi. Amma bir neçə gün keçdi, istirahət etdim, fikrimi yenidən topladım və bu mərhələyə köklənərək mübarizəyə hazıram.

Yarış zamanı nəzarət lövhəsinin aşınmasının qarşısını almaq üçün tez-tez  lift and coast rejimində gedə bilərdim? Hər şey o qədər də sadə deyil. Sürəti azaltdıqda dalğalanma effekti bəzən daha da artır. Mən düşünmürəm ki, qərarlarım lövhənin aşınmasına ciddi təsir göstərə bilərdi”.

Rauf Hacıyev

Şərh əlavə et