Pirelli: Las-Veqas Qran-prisi mövsümün ən qeyri-adi mərhələlərindən biridir

Pirelli: Las-Veqas Qran-prisi mövsümün ən qeyri-adi mərhələlərindən biridir
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Pirelli mütəxəssisləri Las-Veqas Qran-prisini mövsümün ən qeyri-adi yarışlarından biri hesab edirlər. Uzunluğu 6,201 km olan şəhər trasında üç uzun düz yol və 17 döngə var. Lakin çətinliklər bununla bitmir.

təkərlərlə işləmək baxımından komandaları ciddi problemlər gözləyir. Las-Veqasda sıralanma turları və yarış süni işıqlandırma altında, axşam saatlarında keçirilir. Bu zaman havanın temperaturu 10-15 dərəcəni keçmir, asfaltla ilişmə səviyyəsi isə kifayət qədər aşağı olur.

Gündüz saatlarında tras adi nəqliyyatın hərəkəti üçün açıq olduğundan, adətən kifayət qədər çirkli olan asfalt örtüyü hər gün demək olar ki, ilkin vəziyyətinə qayıdır. Buna görə də həftəsonu ərzində trasın nə dərəcədə yaxşılaşacağını əvvəlcədən proqnozlaşdırmaq çətindir.

Bu il asfalt örtüyü yalnız 13-cü döngənin girişində, eləcə də 14-cü döngədən əvvəlki düz yolun sağ tərəfində yenilənib.

Pilotların tam qazla keçdiyi uzun düzlüklər trasın əsas xüsusiyyətlərindəndir. Bu hissələrdə şinlər bir qədər soyuyur və onları optimal iş temperaturunda saxlamaq çətinləşir. Buna görə də, xüsusilə sıralanma turlarında şinləri düzgün qızdırmaq olduqca vacibdir.

Aşağı ilişmə səviyyəsini də nəzərə alsaq, Las-Veqasda sürətli dövrəyə hazırlıq digər traslarla müqayisədə daha böyük əhəmiyyət daşıyır. Bəzi komandaların pilotları sürətli dövrəyə başlamazdan əvvəl ardıcıl bir neçə hazırlıq dövrəsi vura, hətta bir sürətli dövrə ilə kifayətlənməyə bilərlər.

Orta sektordakı bir neçə sürətli döngə istisna olmaqla, tras şinlərə ciddi yük yaratmır. Əvvəlki illərdə olduğu kimi, aşağı ilişmə səviyyəsi və sərin hava şəraitində dənəvərləşmə müşahidə oluna bilər. Deqradasiya isə əsasən mexaniki aşınma xarakteri daşıyacaq.

Digər mühüm amil uzun düzlüklərin sonunda əyləclərin bloklanması riskidir. Bu zaman şinlərin səthində yastı nahiyələr yarana bilər. Pilotlar bunu nəzərə almalı, trasın vacib nöqtələrində ön təkərlərin bloklanmasına yol verməməlidirlər ki, şinlər normal vəziyyətdə qalsın.

Nəzəri hesablamalara görə, Qran Prinin məsafəsini ən sürətli şəkildə bir pit-stopla başa vurmaq mümkündür. Komandalar seçdikləri taktikadan asılı olaraq hər üç tərkibdən istifadə edə bilərlər. Hətta ən yumşaq C5 tərkiblərinin də yarış ərzində işlədilməsi istisna deyil.

Pirelli mütəxəssisləri Las-Veqas trasının xüsusiyyətlərinin “undercut”, yəni rəqibdən daha tez pit-stop etməklə üstünlük qazanmaq taktikasının effektivliyini azaltdığını da vurğulayırlar.

Pit-leynindən çıxan avtomobil kifayət qədər uzun düz yola düşür. Bu səbəbdən təkərləri lazımi temperatura qədər tez qızdırmaq mümkün olmur və təzə şinlərin adətən verdiyi üstünlük azalır.

Bunları da oxuyun

Şərh əlavə et