B.Ekklstoun: Həmilton çox deyinir

B.Ekklstoun: Həmilton çox deyinir
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Formula 1-in keçmiş rəhbəri Berni Ekklstoun Lyuis Həmiltonun yarışlardakı davranışını tənqid edib. O, Ferrari-nin Şarl Lekleri komandanın aşkar birinci pilotu elan etməli olduğunu bildirib.

Ferrari-də Lyuis Həmilton və Şarl Lekler arasındakı komanda daxili balans Meksika Qran Prisində yarışın ilk dövrələrində yaşanan mübarizədən sonra yenidən müzakirə mövzusuna çevrilmişdi. Komanda rəhbəri Fred Vassyör Braziliya Qran Prisi öncəsi hər iki pilotla görüşərək aralarında xüsusi komanda əmrləri tətbiq etməyi düşünmədiyini açıqlamışdı.

Sky Sport Deutschland və RTL-yə müsahibəsində bu məsələyə münasibət bildirən Berni Ekklstoun xüsusilə Həmiltonu tənqid edib.

Berni Ekklstoun: “Maşına əyləşib yarışa başlayan kimi, hələ ilk döngəyə çatmamış nədənsə şikayət etməyə və narazılığını bildirməyə başlayır.

Artıq təqaüdə çıxmaq barədə düşünməli olduğu yaşlara çatır”.

Lekler haqqında danışan Ekklstoun isə monakolu pilotun Ferrari ilə daha güclü bağa malik olduğunu vurğulayıb: “Lekler əsl Ferrari adamıdır. Həmilton isə komandaya gəldi və oradakı iş prinsiplərini dəyişməyə çalışdı. Lakin bunu etmək üçün artıq gecdir.

Ferrari-nin aşkar birinci pilota ehtiyacı var. Əsl birinci pilotun və kifayət qədər rəqabətədavamlı ikinci pilotun olması daha yaxşıdır. Ancaq ikinci pilot da öz rolunu dəqiq bilməli və komanda üçün etibarlı dəstək olmalıdır”.

Ekklstoundan Mercedes-in gənc pilotu Andrea Kimi Antonellinin gələcəkdə Ferrari-yə keçmək ehtimalı barədə də soruşulub. O isə ironik cavab verib: “Bunun üçün onun 50 yaşını keçməsini gözləməliyik! Yalnız bundan sonra Ferrari onun üçün yaxşı seçim olar”.

Bunları da oxuyun

Şərh əlavə et