Bu cəza Mercedes-in 2026-cı il güc qurğusu üçün hazırladığı yeni turbokompressordan istifadə etməyə hazırlaşdığı vaxta təsadüf edib.
Mercedes-in komanda rəhbəri Toto Volff yeni komponentin bu həftəsonundan etibarən istifadə olunacağını, lakin hər iki avtomobildə yer almayacağını açıqlayıb.
Toto Volff bildirib: “ADUO çərçivəsində hazırlanan turbokompressordan bu həftəsonundan etibarən istifadə edə biləcəyik.
Burada əsas məqsədimiz yeni komponenti yarış həftəsonunun real şəraitində sınaqdan keçirməkdir. Gözlənilən performans artımı isə nisbətən azdır.
Bu komponenti Kiminin avtomobilində istifadə etməyi planlaşdırırıq. Corca gəlincə, əsas prioritetimiz onun start mövqeyini qorumaqdır. Bununla belə, performans artımının böyük olacağını gözləmirik”.
Antonellinin start cəzası birbaşa yeni turbokompressorla əlaqəli deyil. Mercedes italyan pilotun avtomobilinə yeni turbokompressoru heç bir cəza almadan quraşdıra bilər. Çünki Antonellinin mövsüm ərzində istifadə edəcəyi dördüncü turbokompressor qaydaların icazə verdiyi limit daxilindədir.
Beş yer itirmə cəzasına səbəb olan isə icazə verilən həddin ikinci dəfə aşılması ilə nəticələnən daxiliyanma mühərriki dəyişikliyidir.
Corc Rassell isə əvvəlki turbokompressor versiyasından istifadə etməyə davam edəcək.
Təkmilləşdirilmiş turbokompressor Mercedes-in müştəri komandalarına da təqdim olunacaq. McLaren və Alpine-in də yeni komponentdən istifadə etməsi gözlənilir.






Şərh əlavə et