Fernando Alonso: Yeni V8 dövründə burada olmayacağam

Rauf Hacıyev 10 saat əvvəl
Fernando Alonso: Yeni V8 dövründə burada olmayacağam
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

2030-cu ildə V8 mühərriklərinə qayıdış planını müsbət qarşılayan Fernando Alonso həmin vaxt Formula 1-də olmayacağını qəti şəkildə bildirib.

Formula 1-də planlaşdırılandan bir il əvvəl, 2030-cu il mövsümündə elektrik komponentinin gücü azaldılmış 2,1 litrlik turbomühərrikli V8-lərə qayıdılması ilə bağlı prinsipial razılığın əldə olunması paddokda məmnunluqla qarşılanıb. Lakin Las-Veqas Qran Prisi öncəsi mətbuat konfransında çıxış edən 45 yaşlı Fernando Alonso bu dəyişikliyi görmək üçün Formula 1-də qalmayacağını açıq şəkildə bəyan edib.

2021-ci ildə Formula 1-ə qayıdışı xatırladılan və yenidən belə bir sürpriz edib-etməyəcəyi soruşulan ispaniyalı pilot 2014-cü ildən tətbiq olunan hibrid mühərrik qaydalarını da tənqid edərək belə deyib: “Yeni V8 dövründə mən burada olmayacağam. Buna 100 faiz əminəm.

Bəli, keçmişdə hətta özümü də təəccübləndirmişəm. Amma bu dəfə qərarım qətidir. Mən ayrılarkən V8-lər artıq gəlmiş olacaq və mənim üçün də başqa şeyləri sınamağın vaxtı çatacaq.

Bunu 2014-cü ildə etməməyimiz əsəbiləşdiricidir. 2014-cü ildən 2030 və ya 2031-ci ilə qədər, yəni 16-17 il ərzində əsl yarış ruhunu itirmiş olacağıq”.

Formula 1-dən ayrıldıqdan sonra digər seriyalarda yarışmağı planlaşdıran və 2027-ci ilin yanvarında Dakar Rallisində iştirak edəcək Alonso hazırkı F1 bolidlərinin xarakterindən narazılığını da dilə gətirib. O, gələcək hədəflərini belə açıqlayıb: “Dakar haqqında düşünürəm. Le-Man və Indy 500 də var.

Mən yarışmağı sevirəm. Qaza basanda gücü hiss etdiyim, əyləci basanda isə effektiv şəkildə yavaşıya bildiyim avtomobillərlə trasa çıxmaq xoşuma gəlir. Hazırda Formula 1-də çatışmazlığını hiss etdiyimiz məhz bunlardır.

Əlbəttə, yarışmağa davam etdiyim müddətdə əsas prioritetim həmişə Formula 1 olacaq. Müxtəlif proqramları paralel şəkildə həyata keçirmək çətindir. Dakar yanvar ayında keçirildiyi üçün təqvimə bir qədər daha yaxşı uyğun gəlir. Amma hətta bunun baş tutması üçün də bir neçə təsadüfün üst-üstə düşməsi lazımdır”.

Bunları da oxuyun

Şərh əlavə et