MotoGP Portuqaliya: Əsas məşqdə Aleks Markes lider olub

Rauf Hacıyev 6 saat əvvəl
MotoGP Portuqaliya: Əsas məşqdə Aleks Markes lider olub
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Portuqaliya Qran Prisinin əsas məşq sessiyasında ən sürətli dövrəni Aleks Markes vuraraq birinci yeri tutub.

Komandalar qarajlarda son yoxlamalarını tamamladıqdan sonra start siqnalı verilib və pit yolu açılıb.

Diogo Moreyra ilk cəhdində 1:38.593 nəticə göstərərək ilk məşqdəki dövrə vaxtını yaxşılaşdırıb və sessiyanın əvvəlində tempi müəyyənləşdirib. Qısa müddət sonra İker Lekuona 3-cü döngədə müvazinətini itirərək qəza edib. Bununla belə, sürücü özü ayağa qalxaraq qaraja qayıda bilib.

Sonrakı dövrələrdə Marko Bezzekki 1:38.584 nəticə ilə liderliyə yüksəlib. Tempini artırmağa çalışan Diogo Moreyra isə 3-cü döngədə daha bir qəza törədib. Hadisədən sonra onun səhhətinin yaxşı olduğu bildirilib və sürücü qaraja qayıdıb.

Sessiyanın orta bölümündə Bezzekki nəticəsini 1:38.316-ya qədər yaxşılaşdıraraq liderliyini möhkəmləndirib. Sürətli dövrəsindən sonra pitə qayıdan italiyalı trasa yumşaq təkərlərlə çıxıb.

Mark Markes 1:39.071 nəticə ilə 10-cu pilləyə yüksələrək qaraja qayıdıb. Fabio Di Cianantonio isə 1:39.001-lik dövrə ilə liderliyi ələ keçirib.

Bir neçə dövrə sonra yumşaq təkərlərlə sürətini artıran Bezzekki 1:37.752 nəticə göstərərək Di Cianantonionun vaxtını geridə qoyub və yenidən birinci yerə yüksəlib.

Sessiyanın ilk yarısı başa çatanda 10-cu yerdə olan Mark Markes trasa qayıdıb.

Lekuona 4-cü döngədə çınqıllıq sahəyə çıxaraq eyni sessiyada ikinci dəfə qəza edib. Hadisədən sonra məyusluğu üzündən oxunan sürücü vaxt itirmədən qaraja qayıdıb. Mark Markes isə 1:37.786 nəticə ilə ikinci pilləyə yüksəlib.

Sessiyanın son rübünə daxil olarkən Pedro Akosta 1:37.955-lik dövrə vuraraq üçüncü yerə qalxıb. Pol Esparqaro ilk döngədə çınqıllıq sahəyə çıxaraq qəza edib və qısa müddətə sarı bayraqların dalğalanmasına səbəb olub.

Fermin Aldeqer 1:37.670 nəticə ilə liderliyə yüksəlsə də, Bezzekki qısa müddət sonra 1:37.528-lə cavab verib. Lakin Di Cianantonio 1:37.432 nəticə göstərərək hər iki rəqibini qabaqlayıb və yenidən birinci yerə yüksəlib.

Son 10 dəqiqədə Bezzekki daha bir sürətli dövrəyə başlayıb, amma üçüncü sektorda vaxt itirdiyindən nəticəsini yaxşılaşdıra bilməyib. Xorxe Martin də güclü dövrə vursa da, son sektorda vaxt itirərək bunu bacarmayıb.

Sessiyanın son dövrələrində Aleks Markes 1:37.350 nəticə göstərərək liderliyi ələ keçirib. Bred Binder də gözlənilməz dərəcədə sürətli dövrə vuraraq altıncı pilləyə yüksəlib.

Bezzekki damalanmış bayraqdan sonra daha bir güclü dövrə vurmağa çalışsa da, son sektorda ciddi vaxt itirərək nəticəsini yaxşılaşdıra bilməyib.

Beləliklə, sessiya Aleks Markesin liderliyi ilə başa çatıb. Di Cianantonio ikinci, Bezzekki isə üçüncü yeri tutub.

Bunları da oxuyun

Şərh əlavə et