Las-Veqasda ikinci sərbəst yürüşün qalibi Corc Rassell olub

Rauf Hacıyev 3 saat əvvəl
Las-Veqasda ikinci sərbəst yürüşün qalibi Corc Rassell olub
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Las-Veqas Qran Prisinin işıqlar altında keçirilən ikinci sərbəst yürüş sessiyasında ən sürətli dövrəni Mercedes pilotu Corc Rassell vurub.

Start siqnalının verilməsi ilə bir saatlıq ikinci sərbəst yürüş sessiyasına start verilib.

Sessiyadan əvvəl yağan yağış səbəbindən tras yaş olduğundan bütün pilotlar yağış təkərləri ilə trasa çıxıblar. İlk dövrələri Racing Bulls pilotları vurublar. Bir qədər sonra Ferstappen istisna olmaqla, bütün pilotlar trasa çıxıblar.

Alonso 5-ci döngəyə girişdə bolid üzərində idarəetməni itirib və baryerlərə yüngül toxunduqdan sonra dayanıb. Hadisədən sonra qısa müddətə sarı bayraqlar yellənib. Lakin Alonso trasa qayıtdıqdan sonra sessiya yaşıl bayraqlarla davam edib.

Oskar Piastri 1:57.010 nəticə göstərərək liderliyə yüksəlib. Komanda yoldaşı Lando Norris isə yaş asfaltın təsirinin hələ də hiss olunduğu 12-ci döngədə fırlanıb. Bununla belə, bolidə heç bir zərər dəyməyib. Norris növbəti dövrəsində 1:55.842 nəticə göstərərək komanda yoldaşını geridə qoyub və liderliyi ələ keçirib.

Sessiyanın ortalarında keçid təkərlərinə ilk keçən lider Norris olub. Şarl Lekler isə 1:54.895 nəticə ilə birinci yerə yüksəlib. Lekler trasın qurumağa başladığını və sürüş təkərlərinə keçmək üçün şəraitin uyğun olduğunu bildirib. Lakin yarış mühəndisi 3-cü sektorun hələ də yaş və təhlükəli olduğunu deyib.

Keçid təkərləri ilə trasa qayıdan Norris 1:50.930 nəticə göstərərək yenidən liderliyə yüksəlib. Bir neçə dövrə sonra Lekler sürətini artıraraq 1:49.166 ilə birinci yerə keçib. Ayzek Hacar qısa müddətə liderliyi ələ keçirsə də, Lekler dövrə vaxtını yaxşılaşdıraraq 1:47.605 nəticə ilə mövqeyini geri qaytarıb.

Sessiyanın başa çatmasına təxminən 10 dəqiqə qalmış trasda yad əşyaların olması səbəbindən qırmızı bayraqlar göstərilib. Asfalt üzərindəki bəzi tullantılar marşallar tərəfindən qısa müddətdə təmizlənib və sessiya yenidən başlayıb.

Son dəqiqələrdə Ferstappen də trasa çıxıb, lakin boliddə güc olmadığını bildirib. Komandanın cavabında problemin soyuq hava şəraitindən qaynaqlandığı deyilsə də, Ferstappen buna etiraz edib: “Belə deməyin, bu, heç də normal vəziyyət deyil”.

Hacar ilk iki sektorda ən sürətli nəticəni göstərərək üçüncü sektora başlamışdı. Lakin Oli Bermanın mane olması səbəbindən sürətini itirib. Hacar radio vasitəsilə narazılığını bildirib.

Rassell damalı bayraqdan sonra tamamladığı dövrədə 1:47.272 nəticə göstərərək Lekleri 0,333 saniyə qabaqlayıb və liderliyə yüksəlib. Maks Ferstappen isə boliddəki problemin Braziliyada yaşadığı nasazlığa çox bənzədiyini bildirib.

Damalı bayraqdan sonra dövrə vaxtını yaxşılaşdıran digər pilot Pyer Qasli olub. O, 1:47.343 nəticə ilə Rassellə cəmi 0,071 saniyə uduzub.

Beləliklə, ikinci sərbəst yürüş sessiyasını Rassell lider tamamlayıb. Qasli ikinci, Lekler isə üçüncü yeri tutub.

Bunları da oxuyun

Şərh əlavə et